Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

ABŞ Ordusunda istefa gözləntisi

Cəmiyyət

ABŞ Ordusunun katibi Den Driskollun 2026-cı ilin sonuna qədər vəzifəsindən istefa verə biləcəyi bildirilir.

Cagdas.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, mümkün istefanın əsas səbəblərindən biri Driskoll ilə ABŞ müdafiə naziri Pit Heqset arasında aylardır davam edən gərgin münasibətlərdir.

Bildirilir ki, Driskollun istefası ABŞ Ordusunu Senat tərəfindən təsdiqlənmiş rəhbərsiz qoya bilər. Onun mümkün gedişi Prezident Donald Trampın ikinci administrasiyası dövründə Pentaqonda baş verən rəhbərlik dəyişiklikləri fonunda yeni qeyri-müəyyənlik yarada bilər.

Qeyd edək ki, Driskoll və Heqset arasında fikir ayrılıqları daha əvvəl də mediada gündəmə gəlib. Apreldə Driskoll istefa vermək niyyətində olmadığını açıqlamışdı. Lakin son məlumatlara görə, tərəflər arasındakı gərginlik yenidən kəskinləşib.(modern.az)