ABŞ Prezidenti Donald Trump ilə Çin lideri Xi Jinping arasında gözlənilən görüş ərəfəsində Vaşinqton və Pekin arasında gərginlik artır.
Cagdas.az xəbər verir ki, tərəflər münasibətləri sabitləşdirməyə çalışsa da, süni intellekt və İran mövzularında ziddiyyətlər dərinləşir. ABŞ Çinin Hengli Petrochemical şirkətinə İran nefti ilə bağlı sanksiya tətbiq edib.
Həmçinin, Çin hökuməti Meta şirkətinin “Manus” adlı Sİ startapını almaq planını bloklayıb və bu addım gərginliyi daha da artırıb
Məlumata görə, liderlərin görüşünün mayın ortalarında Pekində keçirilməsi planlaşdırılır. Ekspertlər isə bildirir ki, ABŞ-in İrana qarşı siyasətində əsas məqsədlərdən biri Çinin enerji resurslarına çıxışını məhdudlaşdırmaqdır.(milli.az)
















