• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
15° Weather Columbus
$
1.7
€
1.9825
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

ABŞ-yə gedə bilməyəcəksiz – vizalarının verilməsi dayandırıldı

26 Avqust, 26 / 9:42
A A

ABŞ Prezidenti Donald Trampın administrasiyası davam edən immiqrasiya siyasəti çərçivəsində immiqrasiya vizaları ilə bağlı müraciətlərə baxılmasını müvəqqəti dayandırıb.

Cagdas.az  xəbər verir ki, bu barədə Reuters ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Departament rəsmisinin sözlərinə görə, ABŞ-nin bütün dünyadakı səfirlik və konsulluqlarında qlobal təlim tədbiri başlayıb. Bu səbəbdən viza xidmətləri üçün müraciətlərin qəbulu və görüşlərin təyin edilməsi təlim başa çatana qədər yenidən tənzimlənəcək. Reuters qeyd edir ki, Donald Tramp administrasiyası ABŞ-da immiqrasiya siyasətinin sərtləşdirilməsi və deportasiyaların artırılması istiqamətində genişmiqyaslı kampaniya aparır. Bu siyasət çərçivəsində vizaların və yaşıl kartların ləğvi, həmçinin müxtəlif səbəblərlə viza müraciətlərinin rədd edilməsi həyata keçirilir.

Qeyd olunur ki, müraciətlərin rədd edilməsinə səbəb kimi bəzi hallarda şəxslərin siyasi baxışları və Fələstini dəstəkləyən etiraz aksiyalarında iştirakı da göstərilir. ABŞ administrasiyası bu tədbirlərin ölkənin daxili təhlükəsizliyinin gücləndirilməsinə xidmət etdiyini bildirir.

Bundan əvvəl, avqustun 25-də Associated Press ABŞ Dövlət Departamentinin sənədlərinə və amerikalı rəsmilərə istinadən Tramp administrasiyasının ölkə tarixində ən böyük kütləvi viza ləğvinə hazırlaşdığını yazmışdı. Bu prosesin sığınacaq üçün müraciət etmiş 200 minədək əcnəbiyə təsir edə biləcəyi bildirilirdi.

ABŞ Dövlət Departamentinin məlumatına görə, son 18 ay ərzində cinayət törətməkdə təqsirli bilinən və ya ittiham olunan, həmçinin ABŞ siyasətini açıq şəkildə tənqid edən şəxslərin vizaları da daxil olmaqla, təxminən 175 min vizanın qüvvəsi ləğv edilib.

Departament vizaların ləğvi mexanizmindən immiqrasiya nəzarəti vasitəsi kimi istifadəni davam etdirəcəyini və ABŞ üçün təhlükə yarada biləcək əcnəbilərin müəyyənləşdiriləcəyini açıqlayıb. Tramp administrasiyası daha əvvəl 75 ölkənin, o cümlədən Rusiyanın vətəndaşlarına immiqrasiya vizalarının verilməsinə qeyri-müəyyən müddətə fasilə vermişdi.

Donald Tramp seçki kampaniyası zamanı prezidentliyə qayıtdıqdan sonra ABŞ tarixində ən böyük qanunsuz miqrant deportasiyası kampaniyasına başlayacağını vəd etmişdi. The Washington Postun məlumatına görə, administrasiya prezidentlik müddətinin ilk ilində 1 milyona qədər miqrantın ölkədən çıxarılmasını planlaşdırırdı.

2025-ci ildə isə ABŞ Dövlət Departamenti əcnəbilərə verilmiş 100 mindən çox vizanı ləğv edib. Onların arasında təxminən 8 min tələbə vizasının olduğu bildirilmişdi.\modern.az\

 

Bənzər Xəbərlər

Cəmiyyət

ABŞ immiqrasiya vizaları ilə bağlı müraciətlərə baxılmasını dayandırdı

Avqust 26, 2026
Cəmiyyət

Bu ərazilərdə qaz olmayacaq

Avqust 26, 2026
Cəmiyyət

Ermənistan Qarabağda döyüşən ASALA terrorçusu haqda film çəkir

Avqust 26, 2026
Cəmiyyət

Azərbaycanla Özbəkistan qardaşlığının sirri – danışan rəqəmlər

Avqust 26, 2026
Cəmiyyət

Laçında doğulan uşaqların sayı: neçəsi qız, neçəsi oğlandır?

Avqust 26, 2026
Cəmiyyət

Azərbaycan UEFA reytinqində İsrailə çatdı

Avqust 26, 2026

XƏBƏR LENTİ

ABŞ immiqrasiya vizaları ilə bağlı müraciətlərə baxılmasını dayandırdı

26 Avqust, 26 / 11:58

Yeni Volkswagen Amarok-un ilk kamuflyajlı görüntüləri yayımlandı: 464 at gücündə plug-in hibrid versiya gəlir

26 Avqust, 26 / 11:56

Bu ərazilərdə qaz olmayacaq

26 Avqust, 26 / 11:44

Ermənistan Qarabağda döyüşən ASALA terrorçusu haqda film çəkir

26 Avqust, 26 / 11:30

Azərbaycanla Özbəkistan qardaşlığının sirri – danışan rəqəmlər

26 Avqust, 26 / 11:16

“Sabah”ın tarixi uğurunun memarı – Valdas Dambrauskas

26 Avqust, 26 / 10:52

Laçında doğulan uşaqların sayı: neçəsi qız, neçəsi oğlandır?

26 Avqust, 26 / 10:38

Azərbaycan UEFA reytinqində İsrailə çatdı

26 Avqust, 26 / 10:24

Prezident “Sabah”ı təbrik etdi

26 Avqust, 26 / 10:10

Polad Bülbüloğlunun yeni həyat yoldaşı kimdir? – FOTO

26 Avqust, 26 / 9:56
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.