Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

ABŞ-yə köçmək istəyənlərin nəzərinə: Qanunsuz hesab edilən visa qadağası ləğv olundu

Cəmiyyət

ABŞ məhkəməsi Azərbaycan da daxil olmaqla, 75 ölkə vətəndaşlarına immiqrasiya vizalarının verilməsinin dayandırılmasını ləğv edib

ABŞ-nin Federal Məhkəməsi Tramp administrasiyasının 75 ölkədən olan müraciətçilərə immiqrasiya vizalarının verilməsinin dayandırılması barədə qərarını qanunsuz hesab edib. Məhdudiyyətlər Azərbaycan vətəndaşlarına da şamil edilirdi.

Cagdas.az xəbər veriri ki bu barədə qərara istinadən “Reuters” məlumat yayıb.

Manhetten dairə məhkəməsinin hakimi Dövlət Departamentinin siyasətini “açıq-aşkar qanunsuz” adlandırıb. Onun fikrincə, dövlət katibi Marko Rubio yalnız müraciət edənlərin vətəndaşlığı əsasında viza verilməsini qadağan etməklə öz səlahiyyətlərini aşıb.

Hakim qeyd edib ki, qanunvericilik dövlət katibinə konsulluq əməkdaşlarının işinə bu cür müdaxilə etməyə imkan vermir. Ayrı-ayrı dövlətlərin vətəndaşları üçün tam qadağa ərizələrə baxılmasının qanuni proseduruna birbaşa ziddir.

Dövlət Departamenti məhdudiyyətləri yanvar ayında tətbiq etmişdi. Səlahiyyətlilər iddia edirdilər ki, siyahıya daxil edilmiş ölkələrdən olan şəxslərin dövlət üçün maliyyə yükünə çevrilməsi və ABŞ-də sosial yardımdan yararlanması ehtimalı çox yüksəkdir.

Məhdudiyyətin Rusiya, eləcə də Latın Amerikası, Balkan, Cənubi Asiya, Afrika, Yaxın Şərq və Karib hövzəsi ölkələrindən olan müraciətçilərə də təsiri vardı. O, yalnız ABŞ-yə daimi köçmək üçün nəzərdə tutulmuş immiqrasiya vizalarına aid idi və turist vizalarına, eləcə də digər müvəqqəti vizalara şamil edilmirdi.(valyuta.az)