Son dəqiqə
Təhlükəli mallar bazardan geri çağırılacaq Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq Vətəndaşın pensiya kapitalı varisinə veriləcək? – Deputat dəstəklədi Ermənilər Nəsimi Musayevi bıçaqlayan qadından “qəhrəman” düzəldirlər Baş nazir sudan ödənişli istifadə ilə bağlı qərar imzalayıb Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı – VİDEO Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir – Prezident Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək – Prezident Azərbaycan Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış edirlər
Reklam
Reklam

Ağ Evdə atışmada şübhəli bilinən şəxs saxlanılıb

Dünya

ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evin yaxınlığında baş verən atışmada şübhəli bilinən şəxs saxlanılıb.

Cagdas.az-ın məlumatına görə, Vaşinqtonun Polis İdarəsi bu barədə “X”də xəbər verib.

Hadisə yeri mühasirəyə alınıb. Şübhəlinin adı hələ açıqlanmır.

“Fox News” xəbər verir ki, Ağ Ev hadisədən dərhal sonra bağlanıb.

“Associated Press”in məlumatına görə, Milli Qvardiyanın iki hərbçisi və şübhəli şəxs güllə xəsarətləri alıblar. Kolumbiya Dairəsinin Yanğından Mühafizə və Fövqəladə Hallar Xidmətinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Vito Madjiolo, onların hər üçünün xəstəxanaya aparıldığını bildirib. Qeyd olunur ki, qvardiyaçıların hər ikisinin vəziyyəti ağırdır./Report/