Avropa İttifaqı (Aİ) rusiyalı iş adamı Mixail Qutseriyev və bir sıra neft emalı zavodları ilə yanacaq şirkətlərini yeni sanksiyalar siyahısına daxil edib.
Çağdaş.Az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının “Avropa İttifaqının Rəsmi Jurnalı”nda dərc olunan qərarında bildirilib.
Sanksiya siyahısına Anjersk Neft və Qaz Şirkəti, Anjersk Neft Emalı Zavodu, “Şimali Kuzbass” Neft Emalı Zavodu, Kuybışev Neft Emalı Zavodu, Novokuybışevsk Neft Emalı Zavodu və LUKOIL-Marinbunker daxil edilib.
Bundan əlavə, “Slavneft” şirkətinin törəmə müəssisələri olan Baykit Neft və Qaz Kəşfiyyat Ekspedisiyası, Slavneft-Nijnevartovsk, Obnefteqazgeologiya və Tatneft-Samara da Aİ-nin yeni sanksiyalarına məruz qalan şirkətlər sırasında yer alıb.














