Son günlər xarici onlayn alış-veriş platformalarından, o cümlədən Temu və Trendyol-dan sifariş edilən bağlamaların gecikməsi ilə bağlı narazılıqlar müşahidə olunur. Gecikmələrin gömrük prosedurları ilə bağlı olub-olmaması da sual doğurur.
Cagdas.az bildiriri ki məsələ ilə bağlı Modern.az-a açıqlamasında Dövlət Gömrük Komitəsinin Mətbuat İdarəsinin rəisi Natiq Axundov bildirib ki, gömrük zonasına daxil olan bağlamalar qısa müddət ərzində nəzarətdən keçirilir və daşıyıcı şirkətlərə təhvil verilir.
“Gömrük zonasına daxil olan bağlamalar qısa zaman ərzində gömrük nəzarətindən keçirilir və dərhal daşıyıcı şirkətə təhvil verilir”, – deyə N.Axundov qeyd edib.
Komitə rəsmisi bildirib ki, məhsullar gömrük zonasına daxil olduqdan sonra sahiblərinə çatdırılır. Onun sözlərinə görə, bağlamaların gömrük zonasına çatana qədər gecikməsi daşıyıcı şirkətlərlə əlaqədardır.
“Məhsullar gələn kimi sahiblərinə çatdırılır, oraya gələnə qədər gecikmələr daşıyıcı şirkətlərlə bağlıdır”, – deyə N.Axundov vurğulayıb.
















