Son dəqiqə
Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı – DSX-dən ƏMƏLİYYAT Bakıda güclü külək 68 ağaca ziyan vurub Qızıl-gümüş ucuzlaşdı Bu ərazilərə qar yağır AZAL Sabiha Gökçen Hava Limanına uçmayacaq – RƏSMİ Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin!

Ailədə bir qazi, iki əsgər var – Nəsimi Musayevin atası danışdı

Cəmiyyət

Cagdas.az bildiriri ki Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmətdə olan və Ermənistan ərazisində saxlanılan əsgəri Nəsimi Musayevin atası Rasim Musayev Modern.az-a açıqlama verib.

O bildirib ki, ailəsi əslən Kəlbəcər rayonunun Armudlu kəndindəndir. Daşkəsən rayonunda qeydiyyatda olsalar da, hazırda Gəncə şəhərində yaşayırlar.

Rasim Musayevin sözlərinə görə, ailədə dörd övlad var: üç oğlan və bir qız. Oğullarından biri Vətən müharibəsi qazisidir, digər oğlu isə hazırda Bakıda hərbi xidmət keçir. Nəsimi Musayev isə Laçın istiqamətində yerləşən N saylı hərbi hissədə xidmət edirdi.

Atası bildirib ki, Nəsimi sağlamlıq vəziyyəti ilə əlaqədar hərbi xidmətə gec çağırılıb. Yastıpəncəli olması səbəbindən tibbi müayinə zamanı müvəqqəti olaraq hərbi xidmətə yararsız hesab edilib. Sonradan isə ona hərbi xidmətə çağırışla bağlı bildiriş gəlib.

Rasim Musayevin sözlərinə görə, hazırda onun ən böyük arzusu oğlu ilə əlaqə saxlamaqdır. Oğlunun taleyindən narahat olduğunu bildirən ata məsələnin həllini gözlədiyini deyib.

Xatırladaq ki, sentyabrın 26-da Nəsimi Musayevin Laçın rayonu istiqamətində xidmət yerində olmadığı müəyyən edildikdən sonra onun axtarışına başlanılıb. Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.

Oktyabrın 1-də Nəsimi Musayev Ermənistanın Sünik vilayətinin Sisian rayonunun Şəki kəndində saxlanılıb. Ermənistan məhkəməsi istintaq altında olan əsgər barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. O, hazırda İrəvanda saxlanılır.

1555552

1555551