Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul etdi

Cəmiyyət

Azərbaycan Ali Məhkəməsi tərəfindən məhkəmələr tərəfindən podrat müqaviləsindən irəli gələn mübahisələrin həlli zamanı qanunvericiliyin düzgün tətbiq edilməsi, habelə bu kateqoriya işlər üzrə hüquqi yanaşmanın sabitliyinin təmin edilməsi məqsədilə “Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum Qərarı qəbul edilib.

Cagdas.az-a bu barədə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, qərarda podrat müqaviləsini digər mülki-hüquqi müqavilələrdən fərqləndirən meyarlar müəyyən edilmiş, kommersiya subyektlərinə münasibətdə podrat müqaviləsinin forma tələblərinə aydınlıq gətirilmiş, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri, istehlak podratının və çoxmənzilli binanın tərkib hissəsinə dair podrat müqaviləsinin xüsusiyyətləri, eləcə də podrat müqaviləsi üzrə mülki qanunvericiliyin tətbiqinin təcrübi problemləri təhlil edilib.

Ali Məhkəmənin Plenumu həmçinin Qərarın tətbiqi ilə bağlı kommersiya məhkəmələrini və apellyasiya instansiyası məhkəmələrində baxılan kommersiya işlərini, habelə Bakı şəhəri üzrə rayon (şəhər) məhkəmələrini və Bakı Apellyasiya Məhkəməsində baxılan mülki işləri əhatə etməklə, 2027-ci ilin 1 yanvar tarixindən 2028-ci ilin 1 yanvar tarixinədək olan dövr ərzində məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasını qərara alınıb.(modern.az)