Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

Ali Məhkəmədən kreditlə bağlı ciddi xəbərdarlıq

Cəmiyyət

Ali Məhkəmə vətəndaşın xəbəri olmadan rəsmiləşdirilən onlayn kreditlərlə bağlı hüquqi izah verib.

Cagdas.az bildiriri ki məhkəmədən verilən xəbərə görə, izahda onlayn kreditdən istifadə zamanı nələrə diqqət edilməli olduğu vurğulanıb, vətəndaşlara tövsiyələr verilib.

Bildirilib ki, son illərdə bank xidmətlərinin rəqəmsallaşması nəticəsində onlayn kreditlərin verilməsi geniş yayılmışdır. Bu xidmət vətəndaşlara banka getmədən qısa müddətdə kredit almaq imkanı yaratsa da, eyni zamanda yeni hüquqi risklər də meydana çıxarıb:

“Azərbaycan qanunvericiliyi banklara məsafədən bank hesabı açmağa və kredit müqaviləsi bağlamağa imkan verir. Mərkəzi Bankın təsdiq etdiyi qaydalara əsasən, banklar onlayn xidmət göstərərkən gücləndirilmiş elektron imza, videozəng, videoçəkiliş, üz tanınması, birdəfəlik təsdiq kodu (OTP) və digər identifikasiya vasitələrindən istifadə edə bilərlər.

Son dövrlərdə məhkəmələrdə rast gəlinən mübahisələr göstərir ki, bəzi hallarda üçüncü şəxslər vətəndaşların fərdi məlumatlarını əldə edərək onların adından onlayn kredit rəsmiləşdirir və kredit vəsaitini öz hesablarına köçürürlər.

Təcrübədən görünür ki, bəzən vətəndaşlar özləri mobil telefonlarına göndərilən birdəfəlik təsdiq kodlarını (OTP), bank tətbiqinə giriş məlumatlarını və ya üz tanınması prosesini digər şəxslərlə paylaşırlar. Bu isə onlara qarşı dələduzluq hallarının baş verməsinə şərait yaradır.

Bir çox şəxs hesab edir ki, dələduzluğun qurbanı olduğu üçün kredit borcuna görə heç bir hüquqi məsuliyyət daşımır. Lakin hüquqi baxımdan məsələ bir qədər fərqlidir. Belə ki, vətəndaşlar özləri də fərdi məlumatlarının qorunmasına görə məsuliyyət daşıyırlar. Məsələn, hər bir şəxs FIN kodunu, şəxsiyyət vəsiqəsini və ya onun surətini, SMS təsdiq kodlarını, bank tətbiqinə giriş məlumatlarını, biometrik məlumatlarını (üz tanınması, barmaq izi və s.) başqalarına təqdim etməməli və onların təhlükəsizliyini təmin etməlidir”.

İzahda vətəndaşlara aşağıdakı tövsiyələr verilib:

FIN kodunuzu, şəxsiyyət vəsiqənizi və ya onun surətini naməlum şəxslərə verməyin;

Biometrik məlumatlarınızın təhlükəsizliyini təmin edin;

SMS təsdiq kodlarını heç kimlə paylaşmayın;

Telefonunuza gələn bank bildirişlərini daim izləyin;

Mobil nömrənizi dəyişdikdə bunu banka dərhal bildirin;

Şübhəli zəng və mesajlara etibar etməyin;

Bank hesablarınızı mütəmadi yoxlayın;

Xəbəriniz olmadan adınıza kredit rəsmiləşdirildiyi halda dərhal banka və hüquq-mühafizə orqanlarına müraciət edin.

Vurğulanıb ki, onlayn kredit xidmətləri müasir bankçılığın ayrılmaz hissəsidir. Bu xidmətlər həm banklardan yüksək təhlükəsizlik standartları tələb edir, həm də vətəndaşların fərdi məlumatlarının qorunmasına diqqətli yanaşmasını zəruri edir:

“Məhkəmə təcrübəsi göstərir ki, təkcə dələduzluq faktının mövcudluğu kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir. Məhkəmə hər bir konkret iş üzrə bankın davranışını, qanunvericiliyə əməl edib-etmədiyini, vətəndaşın öz hərəkətlərini və təqdim olunan bütün sübutları birlikdə qiymətləndirir”.\modern.az\