Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Alimlər yeni planet aşkarladılar

Cəmiyyət

Alimlər Yerdən 49 işıq ili uzaqlıqda yerləşən LHS 1140b adlı super Yer tipli planetdə atmosferin mövcudluğuna dair mühüm izlər aşkarlayıblar.

Cagdas.az xəbər verir ki, tədqiqatın nəticələri Science jurnalında dərc olunub.

Araşdırmaya görə, Yerin təxminən beş qatı kütləyə malik olan planet öz ulduzunun yaşayış üçün əlverişli zonasında yerləşir. Alimlər onun qayalı quruluşa sahib olduğunu, səthində maye suyun mövcud ola biləcəyi şəraitin yarana biləcəyini və atmosfer daşıya biləcəyini bildirirlər.

Tədqiqat zamanı Çilidə yerləşən Magellan Clay teleskopu vasitəsilə planetdən sızan helium qazı müşahidə edilib. Tədqiqatçılar bunun atmosferin mövcudluğuna işarə ola biləcəyini, atmosferdə oksigen kimi digər qazların da ola biləcəyini ehtimal edirlər.

Əgər nəticələr gələcək müşahidələrlə təsdiqlənərsə, LHS 1140b başqa bir ulduzun yaşayış üçün əlverişli zonasında atmosferi aşkarlanan ilk qayalı planet kimi tarixə düşəcək.

Alimlər qeyd edirlər ki, hazırda atmosferin mövcudluğu tam təsdiqlənməyib. Bu səbəbdən yaxın aylarda James Webb və Hubble kosmik teleskopları da daxil olmaqla bir neçə rəsədxana planet üzərində yeni müşahidələr aparacaq.(modern.az)