Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

Aqrar sığorta və əmlak vergisində nöqsanlar aşkarlanıb

Cəmiyyət

Hesablama Palatasında keçirilmiş növbəti Kollegiya iclasında auditor Cavid Bayramovun təqdim etdiyi “Aqrar sığorta fəaliyyətinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub.

Cagdas.az  Palataya istinadən xəbər verir ki, iclasda kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov və digər məsul şəxslər iştirak ediblər.

Onlar auditin nəticələrinin aidiyyəti sahədə fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq, irəli sürülən təklif və tövsiyələrin nəzərə alınacağını qeyd ediblər. Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsinə dair qərar qəbul olunub.

Daha sonra “Əmlak vergisinin proqnozlaşdırılması, hesablanması və yığılmasının auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub. Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsinə dair qərar qəbul olunub.

İclasın sonunda gündəlikdə nəzərdə tutulan digər cari məsələlərə də baxılıb.\modern.az\