Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Arvadının gözünü kor edibmiş… – İndi də qayınatasının qətlinə görə tutuldu – Video

Cəmiyyət

Ağdamda baş verən qətlin təfərrüatı məlum olub.

Cagdas.az -ın əldə etdiyi məlumata görə, hadisəyə Eldəniz Qənbərovun həyat yoldaşının ər evindən küsərək ata evinə getməsi səbəb olub.

Belə ki, E.Qənbərov həyat yoldaşını geri aparmaq üçün qayınatasının evinə gəlib. Lakin qadın onunla getməkdən imtina edib. Bu zaman qayınatası Zakir Hüseynov kürəkəninə həyat yoldaşının bir neçə gün ata evində qalmasına razı olmağı və ara sakitləşdikdən sonra yenidən danışmağı təklif edib.

Məlumata görə, bundan əsəbiləşən Eldəniz Qənbərov gecə saatlarında yenidən qayınatasının evinə qayıdıb. O, pəncərənin qoruyucu torunu cıraraq evə daxil olub və yatmış vəziyyətdə olan qayınatasını bıçaqlayıb.

Hadisə nəticəsində 1969-cu il təvəllüdlü Zakir Hüseynov həyatını itirib. Qətldə şübhəli bilinən 1996-cı il təvəllüdlü Eldəniz Qənbərov saxlanılıb.

E.Qənbərovun daha əvvəl də arvadına qarşı zor tətbiq etdiyi və ona xəsarət yetirdiyi bildirilir.

Qeyd edək ki, ötən ilin sonunda ailə ARB TV-də yayımlanan “Səni axtarıram” verilişinə çıxmış, E.Qənbərov həyat yoldaşının göz əməliyyatı üçün müraciət etmişdi. Yaxınlarının bildirdiyinə görə, əməliyyata səbəb isə Eldənizin həyat yoldaşını döyməsi və zərbələr nəticəsində onun gözündə yaranan korluq olub. Qadın verilişdə ona yaxınlaşmaq istəyən həyat yoldaşını özündən itələyərək uzaqlaşdırmış, ondan qorxduğunu bəlli etmişdi.

Məlumat üçün bildirək ki, Eldəniz Qənbərov və həyat yoldaşının nikahından 5 övladı var.

Faktla bağlı araşdırma aparılır./“Qafqazinfo”/