• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.9° Weather Columbus
$
1.7
€
1.9394
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

"Arzum 9999" ev dustaqlığına buraxıldı – Bu, nə deməkdir və onu nələr gözləyir?

22 İyul, 26 / 18:37
A A

Bakı Apellyasiya Məhkəməsi “Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyevanın apellyasiya şikayətini təmin edib. Məhkəmənin qərarına əsasən, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Bəs ev dustaqlığında olan şəxsin hüquq və məhdudiyyətləri həbsdə saxlanılan şəxsdən nə ilə fərqlənir?

Çağdaş.Az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, ev dustaqlığı və həbs qətimkan tədbirləri arasında ciddi fərqlər mövcuddur və bu, şəxsin gündəlik həyatına birbaşa təsir göstərir.

Hüquqşünas Tağı Hüseynov: “Qadın corabımı geydirməli, ayaqqabımı təmizləməlidir” | KONKRET“Ev dustaqlığında olan şəxs cəzaçəkmə müəssisəsində deyil, öz yaşayış yerində saxlanılır və əksər hallarda ailə üzvləri ilə birlikdə yaşamağa davam edir. Bununla yanaşı, məhkəmənin qərarından asılı olaraq müəyyən şəxslərlə əlaqə saxlaması qadağan edilə, telefon və internetdən istifadəsinə məhdudiyyət qoyula və ya bu vasitələrdən istifadəyə icazə verilə bilər”.

Hüquqşünas qeyd edib ki, ev dustaqlığında olan şəxsin mənzildən çıxması da məhkəmənin müəyyən etdiyi qaydalara uyğun tənzimlənir.

“Belə ki, onun yaşayış yerini tərk etməsi tam qadağan oluna və ya yalnız məhkəmə iclaslarında iştirak, tibbi yardım almaq kimi xüsusi hallarda mümkünləşə bilər. Bəzi hallarda isə həmin şəxsin üzərində elektron nəzarət vasitəsi – elektron qolbaq tətbiq edilir. İşləmək və ya təhsil almaq hüququ da məhkəmənin müəyyən etdiyi şərtlərdən asılı olur”.

Tağı Hüseynov vurğulayıb ki, həbs qətimkan tədbiri tətbiq edilən şəxs isə istintaq təcridxanasında və ya cəzaçəkmə müəssisəsində saxlanılır.

“Bu zaman onun hərəkət azadlığı demək olar ki, tam məhdudlaşdırılır, gündəlik həyatı müəssisənin daxili nizam qaydaları ilə tənzimlənir. Ailə üzvləri ilə birgə yaşamaq mümkün olmur, görüşlər, telefon danışıqları və yazışmalar qanunvericiliyin müəyyən etdiyi xüsusi qaydalara uyğun həyata keçirilir. Həmçinin şəxsi əşyaların saxlanılması və istifadəsi də ciddi məhdudiyyətlərə tabedir”.

Hüquqşünasın sözlərinə görə, əsas fərq ondan ibarətdir ki, ev dustaqlığında şəxs azadlıqdan tam məhrum edilmir, yalnız hərəkət azadlığı ciddi şəkildə məhdudlaşdırılır.

“Həbs zamanı isə şəxs xüsusi müəssisədə saxlanılır və həyatının demək olar ki, bütün sahələri dövlət nəzarəti altında olur. Bu səbəbdən ev dustaqlığı həbs qətimkan tədbirinə nisbətən daha yüngül məhdudlaşdırıcı tədbir hesab edilir”.

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanlıların rus qadınlarla evlənməsi çətinləşdi - Yeni QAYDA

İyul 22, 2026
Cəmiyyət

Xarici dil fənləri üzrə tətbiq olunacaq yeni imtahan modeli açıqlandı

İyul 22, 2026
Cəmiyyət

İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi - Təsdiqlədi

İyul 22, 2026
Cəmiyyət

Prezident 3 vacib fərman imzaladı

İyul 22, 2026
Cəmiyyət

Azərbaycanda bu şəxslərə 5 gün əlavə məzuniyyət verilir

İyul 22, 2026
Cəmiyyət

Sensasion VİDEO yayıldı: Qəbələdə nüvə müharibəsinin qarşısı alınıb? – Faktlar açıqlandı

İyul 22, 2026

XƏBƏR LENTİ

Putindən yanacaq böhranına REAKSİYA: “Çətinliklər müvəqqətidir” – VİDEO

22 İyul, 26 / 20:19

Azərbaycanlıların rus qadınlarla evlənməsi çətinləşdi - Yeni QAYDA

22 İyul, 26 / 19:36

Prezident 3 qurumu ləğv etdi, bir qurum yaratdı

22 İyul, 26 / 19:18

“Fənərbaxça” dayanmaq bilmir! Daha bir dünya ulduzu İstanbula gəlir

22 İyul, 26 / 18:56

"Arzum 9999" ev dustaqlığına buraxıldı – Bu, nə deməkdir və onu nələr gözləyir?

22 İyul, 26 / 18:37

66 milyonluq layihə haqda müəmma – əhaliyə hansı heyvanlar veriləcək?

22 İyul, 26 / 18:18

Xarici dil fənləri üzrə tətbiq olunacaq yeni imtahan modeli açıqlandı

22 İyul, 26 / 18:01

Bu şəxslər vizadan azad edildi - Sudanla

22 İyul, 26 / 17:44

İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi - Təsdiqlədi

22 İyul, 26 / 17:27

Prezident 3 vacib fərman imzaladı

22 İyul, 26 / 17:10
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.