Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Avqustun 12-i göyə baxın – üç möhtəşəm hadisə eyni gündə

Cəmiyyət

Avqustun 12-də astronomiya həvəskarlarını olduqca maraqlı səma hadisələri gözləyir.

Cagdas.az  xəbər verir ki, eyni gün ərzində Günəş tutulması, planetlərin paradı və Perseid meteor axınının pik mərhələsi müşahidə olunacaq.

Astronomlar bu hadisələrin eyni tarixə təsadüf etməsini olduqca nadir uyğunluq kimi qiymətləndirirlər.

Sübh açılmazdan əvvəl səmada altı planetin – Yupiter, Mars, Merkuri, Saturn, Uran və Neptunun paradını müşahidə etmək mümkün olacaq.

Axşam saatlarında isə Günəş tutulması baş verəcək. Dünyanın bəzi bölgələrində tutulma tam, əksər müşahidə məntəqələrində isə qismən görünəcək.

Gecə saatlarında daha bir möhtəşəm səma hadisəsi – Perseid meteor axını pik həddə çatacaq. Əlverişli hava şəraitində və işıq çirkliliyinin az olduğu ərazilərdə saatda 120-yə qədər meteorun görünə biləcəyi bildirilir.

Beləliklə, avqustun 12-si planetlərin paradından başlayaraq Günəş tutulması və ulduz yağışı ilə davam edən qeyri-adi astronomik gün olacaq.(sfera.az)