Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Avqustun son günləri bu bürclər üçün fərqli olacaq

Cəmiyyət

Avqustun son günləri bəzi bürclər üçün gözlənilməz dəyişikliklər, yeni imkanlar və sevindirici xəbərlərlə yadda qala bilər.

Cagdas.az  xəbər verir ki, ulduzların təsirinə görə xüsusilə Buğa, Şir, Tərəzi və Oğlaq bürcləri həyatlarının müxtəlif sahələrində yeniliklərlə qarşılaşa bilərlər.

Buğa bürcləri üçün maddi məsələlər ön plana çıxacaq. Gözlənilən bir ödəniş, yeni iş imkanı və ya maliyyə ilə bağlı sevindirici xəbər gündəmə gələ bilər. Uzun müddətdir təxirə saldıqları bir qərarı həyata keçirmək üçün də uyğun zaman olacaq.

Şir bürcləri avqustun son günlərində diqqət mərkəzində ola bilərlər. İş və şəxsi həyatda özlərini daha inamlı hiss edəcək, ətraflarından gələn dəstək onları yeni addımlar atmağa həvəsləndirəcək. Subay Şirlər üçün isə gözlənilməz tanışlıq ehtimalı var.

Tərəzi bürclərinin həyatında yarımçıq qalan məsələlər öz həllini tapa bilər. Xüsusilə münasibətlərdə mühüm söhbətlər və qərarlar gündəmə gələcək. Keçmişdən gələn bir insanın yenidən həyatlarına daxil olması da mümkündür.

Oğlaq bürcləri üçün isə avqustun sonu yeni başlanğıclar və dəyişikliklər dövrü olacaq. İşlə bağlı yeni təklif və ya plan ortaya çıxa bilər. Qarşılarına çıxan fürsətləri düzgün dəyərləndirsələr sentyabr ayına daha güclü başlaya bilərlər./Sfera.az