Cagdas.az xarici mediaya istinadən xəbər verir ki, bəzi göbələkləri tapmaq olduqca çətindir. Buna görə də onların axtarışında xüsusi təlim keçmiş itlərdən istifadə olunur.
Bu siyahının başında ağ trüf dayanır. Torpağın altında yetişən bu nadir göbələyin qiyməti mövsümə, ölçüsünə və keyfiyyətinə görə dəyişir. Təbii şəraitdə tapılması çətin olduğundan, axtarış zamanı xüsusi təlim keçmiş itlərdən yararlanılır.
Qara trüf də yüksək qiyməti ilə seçilir. “Qara almaz” adlandırılan bu göbələyin bir kiloqramı 1000 dollardan baha qiymətə satılır. Ondan əsasən makaron və risotto kimi yeməklərin hazırlanmasında istifadə edilir.
Bahalı göbələklər arasında Matsutake də xüsusi yer tutur. Yapon mətbəxində yüksək qiymətləndirilən bu növ nadir olması və özünəməxsus ətri ilə seçilir.
Quzu göbələyi (Morel) isə trüflə müqayisədə daha əlçatan hesab olunur. Buna baxmayaraq, xüsusilə qurudulmuş halda yüksək kommersiya dəyərinə malikdir. Bu göbələyə əsasən yaz aylarında meşələrdə rast gəlinir.
Nadir olması, çətin şəraitdə toplanması və lüks mətbəxdə geniş istifadə edilməsi bu göbələklərin qiymətini əhəmiyyətli dərəcədə artırır.\metbuat.az\


