• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.968
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Avtobuslar qət etdiyi yola görə ödəniş alacaq – Azərbaycanda yenilik

02 Sentyabr, 26 / 20:08
A A

Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası”nın tətbiqinə başlanılıb.

Cagdas.az bildirir ki bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

İlk olaraq 130, 205, 211, 500 və 503 nömrəli müntəzəm marşrutlar “brutto müqavilə” sisteminə qoşulub. Tələblərə uyğun olaraq digər marşrutlar da tezliklə bu sistemə qoşulacaq.

Bildirilib ki, yeni “brutto müqavilə” modelinə əsasən, artıq daşıyıcılara qət edilən məsafəyə və xidmətin keyfiyyətinə görə ödənişlər ediləcək. Marşrut üzrə avtobusların sayı, hərəkət intervalı, qət ediləcək məsafə və digər xidmət göstəriciləri əvvəlcədən müəyyənləşdirilir. Daşıyıcı isə bu tələblərə uyğun göstərdiyi xidmətə görə ödəniş alır. Beləliklə, sərnişin sayının az olduğu saatlarda, o cümlədən axşam saatlarında da avtobusların sərnişənlərə xidmət göstərməsi və qrafikə riayət etməsi təmin olunacaq.

Qeyd edilib ki, bu model sərnişinlər üçün daha müntəzəm, etibarlı və proqnozlaşdırılan ictimai nəqliyyat xidməti formalaşdırmağa imkan verəcək. Eyni zamanda, daşıyıcıların yalnız gəlirli marşrutlara üstünlük verməsinin qarşısı alınacaq və şəhərətrafı azrentabelli marşrutlarda da xidmət səviyyəsinin yüksəldilməsinə şərait yaranacaq.

Dünyanın bir çox ölkəsində sərnişinlərə yüksək səviyyədə və keyfiyyətli xidmət göstərilməsi məqsədilə “brutto müqavilə” modelindən geniş istifadə olunur. Artıq ölkəmizdə bu mütərəqqi modelin uğurlu tətbiqinə başlanılır.

Məlumata əsasən, yeni model daşıyıcıların fəaliyyətinə daha sistemli nəzarət imkanları da yaradır. Müəyyən edilmiş keyfiyyət tələblərinin pozulması halında müqavilə çərçivəsində maliyyə və digər təsir mexanizmləri tətbiq ediləcək. Yaradılmış xüsusi proqram təminatı vasitəsi ilə daşıyıcıların göstərdikləri xidmətin keyfiyyətinin ölçülməsi və xidmətin təşkilinə nəzarət təmin ediləcək.

“Brutto müqavilə” modeli, həmçinin daşıyıcıların maliyyə dayanıqlığını və uzunmüddətli planlaşdırma imkanlarını artıracaq. Bu isə avtobus parkının yenilənməsinə, müasir və ekoloji təmiz nəqliyyat vasitələrinin alınmasına, texniki xidmətin yaxşılaşdırılmasına və xidmət keyfiyyətinə daha çox investisiya yatırılmasına imkan verəcək.\sfera.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Çin avtomobilləri ilə bağlı xəbərdarlıq – Sonradan bu problemlər ortaya çıxır

Sentyabr 2, 2026
Cəmiyyət

Bakıda mənzillərin qiyməti nə üçün durmadan BAHALAŞIR? – SƏBƏB

Sentyabr 2, 2026
Cəmiyyət

Bakıda 42 məzun qızıl, 29 məzun gümüş nişan aldı

Sentyabr 2, 2026
Cəmiyyət

Dövlət Agentliyinin adından istifadə edən qadınlar yaxalandı – VİDEO

Sentyabr 2, 2026
Cəmiyyət

Bakıda kirayə evlər bahalaşdı – YENİ QİYMƏTLƏR

Sentyabr 2, 2026
Cəmiyyət

Bakı-Tbilisi qatarına saxta bilet satılır – (Foto)

Sentyabr 2, 2026

XƏBƏR LENTİ

Avtobuslar qət etdiyi yola görə ödəniş alacaq – Azərbaycanda yenilik

02 Sentyabr, 26 / 20:08

Çin avtomobilləri ilə bağlı xəbərdarlıq – Sonradan bu problemlər ortaya çıxır

02 Sentyabr, 26 / 19:57

Bakıda mənzillərin qiyməti nə üçün durmadan BAHALAŞIR? – SƏBƏB

02 Sentyabr, 26 / 19:41

Bakıda 42 məzun qızıl, 29 məzun gümüş nişan aldı

02 Sentyabr, 26 / 19:27

Dövlət Agentliyinin adından istifadə edən qadınlar yaxalandı – VİDEO

02 Sentyabr, 26 / 19:11

Bakıda kirayə evlər bahalaşdı – YENİ QİYMƏTLƏR

02 Sentyabr, 26 / 18:57

Bakı-Tbilisi qatarına saxta bilet satılır – (Foto)

02 Sentyabr, 26 / 18:43

Daşınmaz əmlakla bağlı bu qaydalar təsdiqləndi

02 Sentyabr, 26 / 18:29

Azərbaycanın gəlirləri milyardlarla dollar arta bilər

02 Sentyabr, 26 / 18:15

Prezident yeni BMT rəsmisinin etimadnaməsini qəbul etdi – GÖRÜNTÜ

02 Sentyabr, 26 / 18:02
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.