• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.5° Weather Columbus
$
1.7
€
1.961
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Avtobuslarla bağlı mühüm dəyişiklik

05 Avqust, 26 / 17:15
A A

Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası” təsdiq edilib.

Cagdas.az bildirir ki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Modern.az-a bildirilib ki, qayda Bakı, Sumqayıt, Naxçıvan və Xankəndi şəhərlərində, həmçinin Abşeron, Ağdam, Şuşa və Laçın rayonlarında sıxılmış təbii qaz (CNG) və elektrik mühərrikli avtobuslarla, Gəncə şəhərində isə 1 yanvar 2025-ci il tarixindən sonra istehsal olunmuş dizel mühərrikli avtobuslarla həyata keçirilən müntəzəm sərnişin daşınmalarında subsidiyanın ödənilməsinə şərait yaradacaq.

Qeyd edək ki, qaydanın gediş haqqı tariflərinin tənzimlənməsi (o cümlədən artırılması) ilə bağlı əlaqəsi yoxdur. Yeni qaydaya müvafiq olaraq yuxarıda qeyd edilən tələblərə cavab verən daşıyıcılara dövlət tərəfindən sərnişin sayından asılı olmayaraq, qət edilmiş məsafəyə görə subsidiya ödəniləcək.

Yeni qaydanın tətbiqi nəticəsində ictimai nəqliyyatda islahatlar daha da sürətlənəcək və ictimai nəqliyyatı idarəetmə sistemində köklü dəyişiklik baş verəcək. O cümlədən:

– daşıyıcıların maliyyə dayanıqlığı artacaq;

– rentabelli olmayan avtobus marşrutlarında dayanıqlı sərnişindaşıma fəaliyyəti göstəriləcək. (Məsələn, hazırda bir sıra yaşayış məntəqlərində sərnişin sayı az olduğundan daşıyıcılar həmin ərazilərdə xidmət göstərməkdə maraqlı deyillər. Yeni qaydalar isə bu xətləri daşıyıcılar üçün cəlbedici edəcək və əlçatanlıq artacaq);

– rentabelli olmayan marşrutlarda daha müasir və ekoloji təmiz avtobusların istismarı üçün şərait yaradılacaq;

– sərnişin sayından asılı olmayaraq daşıyıcılar müəyyən edilmiş qrafik üzrə keyfiyyətli xidmət göstərməkdə maraqlı olacaqlar. Yeni qaydaların daşımlara verdiyi ən böyük töhfə isə “çox məsafə qət et, çox qazan” prinsipidir. Buna görə də daşıyıcılar keyfiyyətli xidmət göstərilməsində maraqlı olacaqlar.

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda kişilər üçün pensiya yaşı yenidən artırıla bilər? – İqtisadçıdan diqqətçəkən açıqlama

Avqust 5, 2026
Cəmiyyət

Azərbaycanda bu şəxslər 50 min manatadək cərimələnəcək

Avqust 5, 2026
Cəmiyyət

Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində nə qədər olacaq?

Avqust 5, 2026
Cəmiyyət

Kirayə mənzil fonduna daha 204 mənzil əlavə olundu

Avqust 5, 2026
Cəmiyyət

Dövlət orqanları arasında əmlak dövriyyəsində YENİLİK

Avqust 5, 2026
Cəmiyyət

Ödənişli ixtisasların bu tələbələri təhsilhaqqı verməyəcək – SİYAHI

Avqust 5, 2026

XƏBƏR LENTİ

Azərbaycanda kişilər üçün pensiya yaşı yenidən artırıla bilər? – İqtisadçıdan diqqətçəkən açıqlama

05 Avqust, 26 / 17:56

Azərbaycanda bu şəxslər 50 min manatadək cərimələnəcək

05 Avqust, 26 / 17:43

Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində nə qədər olacaq?

05 Avqust, 26 / 17:29

Avtobuslarla bağlı mühüm dəyişiklik

05 Avqust, 26 / 17:15

Kirayə mənzil fonduna daha 204 mənzil əlavə olundu

05 Avqust, 26 / 17:00

Dövlət orqanları arasında əmlak dövriyyəsində YENİLİK

05 Avqust, 26 / 16:46

Ödənişli ixtisasların bu tələbələri təhsilhaqqı verməyəcək – SİYAHI

05 Avqust, 26 / 16:34

Metroda 10 aylıq dəyişiklik: Hərəkət necə təşkil olunacaq?

05 Avqust, 26 / 16:20

Bakının kirayə bazarında yeni dalğa – Ev axtaranlara xəbərdarlıq

05 Avqust, 26 / 16:06

Ermənistan ABŞ-la Zəngəzur dəhlizini müzakirə etdi

05 Avqust, 26 / 15:53
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.