Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Avtomobil sifarişində yeni dələduzluq üsulu: Ekspert təcili xəbərdarlıq etdi

Cəmiyyət

Xaricdən avtomobil sifariş edən bəzi vətəndaşlar son vaxtlar ciddi problemlərlə üzləşirlər. Belə ki, ödəniş edilsə də, nə avtomobil gətirilir, nə də ödənilən məbləğ geri qaytarılır.

Cagdas.az bildiri ki, bu kimi hallarda vətəndaşların  hansı addımları atmalı olduğu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov KONKRET.az-a açıqlama verib.

Bakı-Sumqayıt yolu ilə bağlı sürücüləri düşündürən suala - RƏSMİ CAVAB -  Globalinfo.az

Ekspert bildirib ki, əgər xarici ölkədən avtomobil sifariş olunubsa və ödəniş həyata keçirildiyi halda maşın gətirilməyibsə, məsələ hüquqi araşdırma predmeti olmalıdır:

“Burada əsas məqam odur ki, vətəndaş mütləq hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Adətən belə hallarda tərəflər arasında müqavilə olur və ödənişin həyata keçirildiyini təsdiqləyən sənədlər mövcuddur.

Əgər pul alınıb, amma avtomobil gətirilməyibsə və vəsait geri qaytarılmırsa, bu, artıq vətəndaşın etibarından sui-istifadə halı kimi qiymətləndiriləcək.

Bu məsələ artıq İnzibati Xətalar Məcəlləsinə aid deyil. Burada cinayət tərkibi yarana bilər və aidiyyəti şəxslərin cinayət məsuliyyətinə cəlb olunması gündəmə gəlir. Ona görə də vətəndaşlar vaxt itirmədən aidiyyəti qurumlara bütün ödəniş qəbzlərini, müqavilələri və yazışmaları təqdim etməlidirlər”.

Ekspertin sözlərinə görə, belə hallarda hüquqi prosedurların vaxtında başlanması və sənədlərin tam şəkildə toplanması vətəndaşın hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.