Son dəqiqə
İşə qayıdanlara pensiya əlavəsi azaldıla və ya dayandırıla bilər Hər sahibkara «pitch deck» lazım deyil: Asiyada işin gələcəyinin gözdən qaçan orta halqası 2100-cü ilədək yaşayacaq uşaqlar artıq doğulur – Azərbaycanda gözlənilən ömür Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır Qırğızıstanda Azərbaycan dilinin tədrisinə başlanılır – GÖRÜNTÜ Hərbçilərin maaşına dair minimum hədd qanundan çıxarılır Dövlət qulluqçularının pensiyası maaşa bağlı olmayacaq Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı Pensiya hesabına sosial sığorta haqqının 85 faizi yazılacaq Pensiyalar eyni faizlə artırılmayacaq
Reklam
Reklam

Azərbaycan TAP-la Avropaya 54 milyard kubmetrdən çox qaz ixrac edib

İqtisadiyyat

Azərbaycan indiyədək Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Avropaya 54 milyard kubmetrdən çox qaz tədarük edib.

“Cagdas.az” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindki hesabında yazıb.

“Azərbaycanın TAP vasitəsilə Avropaya qaz ixracına başlamasından 5 il ötür. Bu müddətdə TAP-la Avropaya 54 milyard kubmetrdən çox qaz tədarük olunub. Bu il Avropaya qısa və uzunmüddətli müqavilələrlə operativ məlumatlara əsasən 12,8 milyard kubmetr qaz ixrac edilib”, – nazir qeyd edib.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP-ın ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb. Azərbaycan və Aİ arasındakı razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə ən azı 20 milyard kubmetrə çatmalıdır. Qaz kəmərinin genişləndirilməsinin birinci mərhələsi çərçivəsində İtaliya 1 milyard kubmetr, Albaniya isə 200 milyon kubmetr Azərbaycan qazı alacaq. 2021-ci ildə keçirilmiş bazar sınaqlarının nəticələrinə görə, TAP-ın səhmdarları 2026-cı il yanvarın 1-dək qaz kəmərinin illik ötürmə qabiliyyətini əlavə 1,2 milyard kubmetr artırmağına dair öhdəlik götürüblər.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.