Son dəqiqə
Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir Bəzi dövlət şirkətlərinin satınalma qaydaları dəyişir Sumqayıtda peşə məktəbinin yerində yaşayış binası tikilir? – Rəsmi CAVAB Sabahdan illik 20 min manatdan yuxarı elektron pul köçürmələri izlənəcək Rusiyalı ekspert: NATO Ukraynadan vasitəçi kimi istifadə etsə də, Rusiya ilə birbaşa toqquşmanın risklərini anlayır Bakının mərkəzi avtomobillərdən “təmizlənir” Sabahın havası: yağış, dolu, külək… Prezident və Birinci xanım beynəlxalq sərgidə Avtobus zolağına girən sürücülərə ciddi xəbərdarlıq Azərbaycanla Slovakiya məxfi məlumat mübadiləsi aparacaq
Reklam
Reklam

Ombudsmanın vəzifə maaşının 12 min manat olması təsdiqləndi

Cəmiyyət

Azərbaycanda İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsi təklif olunur.

Cagdas.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisin payız sessiyasının ilk plenar iclasında ikinci səsverməyə çıxarılıb.

Layihəyə əsasən, ombudsmanın aylıq vəzifə maaşı 3060 manatdan 12 min manata qaldırılır.

Qanun qüvvəyə minənədək ombudsmana ödənilmiş vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər yeni müəyyən edilən aylıq vəzifə maaşına daxil edilir.

Dəyişikliyin 2026-cı il yanvarın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.

Məsələ II səsvermədə qəbul edilib.