Son dəqiqə
Təhlükəli virus yenidən qayıdır? – Yoluxanların hamısı kişilərdir Azərbaycanda ezamiyyətlə bağlı qaydalar dəyişdi – ödənişlərə təsir edəcək? Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK 12 oktyabrda HAVA BELƏ OLACAQ Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR – Nazirlik AÇIQLADI Yatmazdan əvvəl yemək qəbul etmək sirroz riskini 28% artırır Sarımsaq qadınları ram etməyə kömək edirmi? – ARAŞDIRMA Şahzadə Harri bu etiraflarına görə 100 min dollar qazandı Oktyabr 4 BÜRCƏ qeyri-adi uğur gətirəcək Daşqınlar, dəhşətli isti və yanğınlar: 2027-ci ildə hansı ölkələr təbii fəlakətlərlə üzləşəcək?
Reklam
Reklam

Azərbaycanda ezamiyyətlə bağlı qaydalar dəyişdi – ödənişlərə təsir edəcək?

İqtisadiyyat

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib.

Çağdaş.Az xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”na dəyişiklikləri təsdiqləyib.

Əsas yenilik – ezamiyyət qaydalarının fiziki şəxs olan işəgötürənlərə də uyğunlaşdırılmasıdır. İndiyədək ezamiyyət qaydaları dövlət orqanları, müəssisə, idarə və təşkilatlar və şirkətlərə aid edidirdisə, yeni dəyişikliyə əsasən artıq qaydalar fiziki şəxs olan işəgötürənlərə də aiddir.

Ezamiyyətin anlayışı yeniləndi

Əslində bu texniki yepnilikdir, yeni redaksiyaya əsasən, dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin, eləcə də fiziki şəxs olan işəgötürənin əmri, sərəncamı və ya qərarı ilə işçinin müəyyən müddətə öz iş yerindən başqa yerə işəgötürənin qanunauyğun tapşırığını yerinə yetirmək üçün getməsi ezamiyyət sayılır.

Yəni əsas dəyişiklik odur ki, bundan sonra təkcə idarə və təşkilatlar deyil, fiziki şəxs olan işəgötürənlər də işçilərini qanuni şəkildə ezamiyyətə göndərə biləcəklər.

Buna görə də ezamiyyətin yalnız “əmr” və ya “sərəncam” əsasında rəsmiləşdirilməsinə dair ifadələr də genişləndirilib. Müxtəlif bəndlərdə ezamiyyətin əmr, sərəncam və ya qərarla rəsmiləşdirilməsi nəzərdə tutulub.

Fiziki şəxs işəgötürən də işçini ezamiyyətə göndərə biləcək

Dəyişikliklərin böyük hissəsi məhz fiziki şəxs olan işəgötürənlərin qaydalarda nəzərə alınmasına yönəlib.

Belə ki, ezamiyyətə göndərilmə, onun müddətinin müəyyənləşdirilməsi və digər rəsmiləşdirmələrdə əvvəl istifadə edilən “təşkilatın rəhbəri” ifadələri bir sıra hallarda daha geniş “işəgötürən” anlayışı ilə əvəz olunub.

Ezamiyyət sənədlərində də buna uyğun dəyişiklik edilib. İndiyədək ezamiyyə sənədində işçini ezamiyyətə göndərən təşkilatın adı göstərilirdisə, bundan sonra fiziki şəxs olan işəgötürənin soyadı, adı və atasının adının göstərilməsi nəzərdə tutulur.

Möhürlə bağlı da yenilik var

Fiziki şəxs sahibkarların bir hissəsinin möhürü olmur, ona görə də möhürlə bağlı məsələ də dəyişib. “İşçilərin Ezamiyyə Qaydaları”na edilən əlavədə təşkilatın ştampı ilə yanaşı, fiziki şəxs olan işəgötürənin möhürü və ya soyadı, adı və atasının adı nəzərdə tutulub. Əlavədəki “Təşkilatın rəhbəri” ifadəsi də “İşəgötürən” sözü ilə əvəz edilib.

Ezamiyyə haqqı dəyişməyib

Hamını daim maraqlandıran məsələlərdən biri – ezamiyyət haqqı isə dəyişməyib. Qaydalarda bununla bağlı dəyişiklik yoxdur./Fed.az/