Son dəqiqə
Təhlükəli virus yenidən qayıdır? – Yoluxanların hamısı kişilərdir Azərbaycanda ezamiyyətlə bağlı qaydalar dəyişdi – ödənişlərə təsir edəcək? Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK 12 oktyabrda HAVA BELƏ OLACAQ Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR – Nazirlik AÇIQLADI Yatmazdan əvvəl yemək qəbul etmək sirroz riskini 28% artırır Sarımsaq qadınları ram etməyə kömək edirmi? – ARAŞDIRMA Şahzadə Harri bu etiraflarına görə 100 min dollar qazandı Oktyabr 4 BÜRCƏ qeyri-adi uğur gətirəcək Daşqınlar, dəhşətli isti və yanğınlar: 2027-ci ildə hansı ölkələr təbii fəlakətlərlə üzləşəcək?
Reklam
Reklam

Yatmazdan əvvəl yemək qəbul etmək sirroz riskini 28% artırır

Maraqlı

“Clinical Gastroenterology and Hepatology” jurnalında dərc edilən yeni araşdırmaya görə, yatmazdan əvvəl və ya şam yeməyindən sonra qəlyanaltı etmək qaraciyər xəstəlikləri riskini əhəmiyyətli dərəcədə yüksəldir.

Çağdaş.Az xəbər verir ki, alimlər təxminən 200 min insanın sağlamlıq vəziyyətini 16 ilə yaxın müddətdə izləyiblər.

Gec saatlarda qida qəbul edənlərdə qeyri-alkoqollu piyli qaraciyər xəstəliyi riski 36%, qaraciyər sirrozu riski isə 28% daha yüksək olub. Bu əlaqə yaş, diabet, fiziki aktivlik və bədən çəkisi indeksindən asılı olmayaraq özünü büruzə verib.

Gec yeməklər çəki artımına və insulinə həssaslığın pozulmasına səbəb olur ki, bunlar da qaraciyər üçün zərərli amillərdir.

Tədqiqatçılar hesab edirlər ki, yatmazdan bir neçə saat əvvəl kalori qəbulunu məhdudlaşdırmaq qaraciyərin sağlamlığını qorumağa kömək edə bilər.