Son dəqiqə
Londonu qəzəbləndirən qərar: İran elə bir qərar verdi ki… İranla müharibə: Trampın masasında 3 qrupun 3 ssenarisi var – Hansını seçəcək? KOMBİLƏR SÖKÜLƏ BİLƏR – Ev sahiblərini nələr gözləyir? Britaniyaya getmək istəyənlərə bəd xəbər: Qaydalar sərtləşir Azərbaycanda fövqəladə vəziyyətə hazırlıq: Əhaliyə 72 saatlıq ehtiyat çağırışı ediləcək? UEFA Çempionlar Liqasında IV turun həyəcanı başlayır: Bu gün 9 oyun keçiriləcək Qanunsuz tikinti ilə gündəmə gəlmişdi – Nazir işdən çıxardı Əli Kərimli və müavininin bu gün məhkəməsi başlayır Android istifadəçilərinə TƏCİLİ XƏBƏRDARLIQ: Telefonunuza gələn bu mesajı açmayın Bu il özəl məktəblərdə təhsil haqları nə qədər artıb? – QİYMƏTLƏR

Azərbaycanda fövqəladə vəziyyətə hazırlıq: Əhaliyə 72 saatlıq ehtiyat çağırışı ediləcək?

Gündəm

Son dövrlər bir sıra ölkələrdə vətəndaşlara mümkün fövqəladə vəziyyətlərə hazır olmaq, ən azı 72 saatlıq ərzaq, su və digər zəruri ehtiyat toplamaqla bağlı çağırışlar edilir.

Beynəlxalq hərbi-siyasi gərginlik fonunda verilən bu tövsiyələrin hansı təhlükələrlə əlaqəli olduğu və oxşar xəbərdarlıqların Azərbaycanda da gündəmə gəlməsi ehtimalı müzakirə olunur.

Bəs bu cür xəbərdarlıqlar hansı təhlükələrlə əlaqəli ola bilər?

Çağdaş.Az xəbər verir ki, AĞ Partiyanın sədri Tural Abbaslı “Cebheinfo.az”-a bildirib ki, bəzi ölkələrdə əhaliyə 72 saatlıq, yəni üç günlük ərzaq ehtiyatı toplamaqla bağlı tövsiyələrin verilməsi, onun fikrincə, dünyada baş verən hərbi-siyasi vəziyyətlə bağlıdır.

Onun sözlərinə görə, Rusiya-Ukrayna qarşıdurması, eləcə də İran-ABŞ-İsrail qarşıdurması bu cür çağırışlara səbəb ola bilər:

“Bunların fonunda ola bilsin ki, həmin ölkələrin xüsusi xidmət orqanları hansısa məlumatlar əldə ediblər və bu xəbərdarlıqlar da həmin məlumatlara əsaslanır. Amma belə bir təhlükənin və ya təhdidin olduğunu düşünmürəm. Rusiyanın hazırkı məqamda Avropaya və ya Ukraynaya qarşı taktiki nüvə silahından istifadə edəcəyi ilə bağlı addım atacağına inanmıram. Ona görə də bu addımları həddindən artıq şişirdilmiş hesab edirəm.

Rusiya və İran Azərbaycanın qonşularıdır və hər ikisi hazırda çox ciddi qarşıdurmada, münaqişədə iştirak edir. Amma Azərbaycana hələlik belə bir təhdid yoxdur. Amerikanın və ya İsrailin İrana qarşı taktiki nüvə silahından istifadə etməsi məsələsi gündəmə gələrsə, nüvə partlayışından yaranan radioaktiv maddələrin külək vasitəsilə Azərbaycana keçməsi ehtimalı ortaya çıxarsa, o zaman ölkəmizdə də belə bir xəbərdarlıq edilə bilər.

Amma mən düşünmürəm ki, hələlik Azərbaycan, ümumiyyətlə, dünya üçün belə bir risk var. Çünki nüvə silahından istifadə olunduqda onun çəkindirici xüsusiyyəti artıq zəifləyir. Ona görə də heç bir dövlət əlindəki bu gücü, bu kartı nüvə silahından istifadə etməklə zəiflətmək istəməz”.

T.Abbaslı bir daha vurğulayıb ki, hazırda Azərbaycanın belə bir təhdidlə üzləşəcəyini düşünmür.