Son dəqiqə
İlham Əliyevin adından Laos Prezidentinə rəsmi nahar verilib Milli Məclisin növbəti plenar iclası oktyabrın 16-da keçiriləcək Onların iş və istirahət vaxtı dəyişdirildi – RƏSMİ Bakıda bu marşrutun bütün avtobusları yenilənir Fənərbaxçadan Aston Villa matçı öncəsi Lukaku açıqlaması Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb – FOTO Lemina Yamal mübahisəsinə son qoydu: “Bu, sadəcə şou idi” Lavrov: ASEAN Rusiyanın Asiyada etibarlı tərəfdaşıdır Azərbaycanla Qırğızıstan arasında avtomobil daşımaları sadələşdirilir Əhalinin gəlirləri artırılmalı, kredit siyasətinə yenidən baxılmalıdır – komitə sədri
Reklam
Reklam

Azərbaycanla Qırğızıstan arasında avtomobil daşımaları sadələşdirilir

Cəmiyyət

Milli Məclis Azərbaycan hökuməti ilə Qırğızıstanın Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında sazişi təsdiqləyib.

Cagdas.az xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirə olunaraq qəbul edilib.

Saziş 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb. Sənəd iki ölkə arasında avtomobil əlaqələrinin və tranzit daşımalarının inkişafını, daşıma şərtlərinin sadələşdirilməsini nəzərdə tutur.

Saziş yük və sərnişinlərin, o cümlədən turistlərin müntəzəm və qeyri-müntəzəm avtomobil daşımalarını əhatə edir.

Müntəzəm avtobus reysləri tərəflərin səlahiyyətli qurumları arasında əvvəlcədən razılaşdırılacaq və illik icazə əsasında həyata keçiriləcək. Marşrut, hərəkət cədvəli, tariflər və dayanacaqlar barədə məlumatlar qarşı tərəfə təqdim olunacaq.

Yük daşımaları üçün də icazə sistemi nəzərdə tutulur. Bununla yanaşı, poçt göndərişlərinin, köç zamanı əmlakın, təbii fəlakətlərdə yardım üçün tibbi avadanlıq və dərmanların daşınması kimi hallarda həmin icazələr tələb olunmayacaq. Təhlükəli, ağırçəkili və iriölçülü daşımalar üçün isə xüsusi icazə alınmalıdır.

Saziş üzrə Azərbaycan tərəfinin səlahiyyətli qurumu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.