Son dəqiqə
İlham Əliyevin adından Laos Prezidentinə rəsmi nahar verilib Milli Məclisin növbəti plenar iclası oktyabrın 16-da keçiriləcək Onların iş və istirahət vaxtı dəyişdirildi – RƏSMİ Bakıda bu marşrutun bütün avtobusları yenilənir Fənərbaxçadan Aston Villa matçı öncəsi Lukaku açıqlaması Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb – FOTO Lemina Yamal mübahisəsinə son qoydu: “Bu, sadəcə şou idi” Lavrov: ASEAN Rusiyanın Asiyada etibarlı tərəfdaşıdır Azərbaycanla Qırğızıstan arasında avtomobil daşımaları sadələşdirilir Əhalinin gəlirləri artırılmalı, kredit siyasətinə yenidən baxılmalıdır – komitə sədri
Reklam
Reklam

Onların iş və istirahət vaxtı dəyişdirildi – RƏSMİ

Cəmiyyət

Kommersiya məqsədli hava daşımalarında çalışan təyyarə heyətinin iş və istirahət vaxtının tənzimlənməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.

Cagdas.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə və “Aviasiya haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb. Təklif olunan dəyişikliyə əsasən, uçuş iş vaxtının hesablanması qaydası müəyyənləşdirilib.

Bu müddət hava gəmisi heyətinin hava limanına gəlməsi ilə başlayır və son uçuş başa çatdıqdan sonra təyyarənin yerdə hərəkətinin tam dayanmasına qədər davam edir. Hava limanına gəlmə vaxtı hava gəmisinin istismarçısı tərəfindən müəyyən ediləcək. Layihə çərçivəsində Əmək Məcəlləsinə də uyğunlaşdırıcı dəyişikliklərin edilməsi nəzərdə tutulub. Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.