Son dəqiqə
İlham Əliyevin adından Laos Prezidentinə rəsmi nahar verilib Milli Məclisin növbəti plenar iclası oktyabrın 16-da keçiriləcək Onların iş və istirahət vaxtı dəyişdirildi – RƏSMİ Bakıda bu marşrutun bütün avtobusları yenilənir Fənərbaxçadan Aston Villa matçı öncəsi Lukaku açıqlaması Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb – FOTO Lemina Yamal mübahisəsinə son qoydu: “Bu, sadəcə şou idi” Lavrov: ASEAN Rusiyanın Asiyada etibarlı tərəfdaşıdır Azərbaycanla Qırğızıstan arasında avtomobil daşımaları sadələşdirilir Əhalinin gəlirləri artırılmalı, kredit siyasətinə yenidən baxılmalıdır – komitə sədri
Reklam
Reklam

Lemina Yamal mübahisəsinə son qoydu: “Bu, sadəcə şou idi”

İdman

“Qalatasaray”ın qabonlu futbolçusu Mario Lemina bir müddət əvvəl Lamine Yamal haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Çağdaş.Az xəbər verir ki, Lemina ötən mövsüm ona ünvanlanan “Lamin Yamal, yoxsa Leroy Sane?” sualına zarafatla belə cavab vermişdi:
“Bir dəqiqə! Lamine Yamal kimdir? Mən yalnız Saneni tanıyıram. Lamine Yamal adlı birini tanımıram.”

Qabonlu yarımmüdafiəçi indi isə həmin sözlərinin yanlış başa düşüldüyünü bildirib.

“Bu, sadəcə əyləncə məqsədli zarafat idi, oyunun bir hissəsidir. Burada heç bir hörmətsizlik yox idi. Bu, şou xarakteri daşıyır. ‘Qalatasaray’ hazırda yüksəliş dövrünü yaşayır”, – deyə Lemina vurğulayıb.