Son dəqiqə
Onların iş və istirahət vaxtı dəyişdirildi – RƏSMİ Bakıda bu marşrutun bütün avtobusları yenilənir Fənərbaxçadan Aston Villa matçı öncəsi Lukaku açıqlaması Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb – FOTO Lemina Yamal mübahisəsinə son qoydu: “Bu, sadəcə şou idi” Lavrov: ASEAN Rusiyanın Asiyada etibarlı tərəfdaşıdır Azərbaycanla Qırğızıstan arasında avtomobil daşımaları sadələşdirilir Əhalinin gəlirləri artırılmalı, kredit siyasətinə yenidən baxılmalıdır – komitə sədri Sabahın hava proqnozu açıqlanıb “Sabah” – “Slaviya” oyununu bu telekanal yayımlayacaq
Reklam
Reklam

Təhlükəli mallar bazardan geri çağırılacaq

Cəmiyyət

Azərbaycanda insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən malların bazardan geri çağırılması və məhv edilməsi qaydalarının müəyyənləşdirilməsi üçün hüquqi əsas yaradılır.

Cagda.az xəbər verir ki, bununla bağlı “Texniki tənzimləmə haqqında” qanuna dəyişiklik Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Qanuna əlavə edilən yeni müddəa texniki tənzimləmənin şamil olunduğu təhlükəli malların bazardan geri çağırılmasını, dövriyyədən çıxarılmasını, götürülməsini, daşınmasını və saxlanmasını əhatə edir.

Həmin malların zərərsizləşdirilməsi və ya məhv edilməsi də nəzərdə tutulur. Bu tədbirlər səlahiyyətli qurumun müəyyən etdiyi qaydalara uyğun həyata keçiriləcək.

Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.