Son dəqiqə

Azərbaycanlıların olduğu gəmi Qara dənizdə batıb

Cəmiyyət

Qara dənizdə, Rumıniyanın Konstansa limanından təxminən 24 kilometr aralıda “Khoryv” ticarət gəmisi batıb.

Cagdas.az  Rumıniyanın TVR telekanalına istinadən xəbər verir ki, hadisə oktyabrın 23-də baş verib.

Göyərtədə 13 nəfər, 10 Ukrayna və 3 Azərbaycan vətəndaşı olub. İlkin məlumatlara görə, 9 dənizçi xilas edilib, 1 nəfər həlak olub, daha 3 nəfər itkin düşüb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlverişsiz hava şəraiti və zəif görünüş əməliyyatı çətinləşdirir.

Azərbaycan vətəndaşlarının xilas edilənlər, ölən və ya itkin düşənlər arasında olub-olmadığı barədə hələlik təsdiqlənmiş məlumat yoxdur.\modern.az\