Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azad edilmiş ərazilərdə 99 tarixi abidə ilə bağlı qərar verildi

Cəmiyyət

İşğaldan azad olunmuş ərazilərdə 99 abidənin pasportlaşdırılması, 70 abidənin isə mühafizə zonasının müəyyənləşdirilməsi işləri tamamlanıb.

Cagdas.az bilidirir ki bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin ərazilərdə dünya, ölkə və yerli əhəmiyyətli abidələrin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

“Onu da qeyd edək ki, “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunması ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi həyata keçiriləcək. Eyni zamanda, arxeoloji tədqiqatların daha geniş şəkildə aparılması nəzərdə tutulur”, – rəsmi məlumatda vurğulanıb.