• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22° Weather Columbus
$
1.7
€
1.9825
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

AZAL uçuş dəyişiklikləri ilə bağlı sərnişinlərə müraciət etdi

26 Avqust, 26 / 18:13
A A

Səyahət planları hər zaman gözlənildiyi kimi davam etməyə bilər.

Cagdas.az bildiriri ki AZAL-dan  verilən xəbərə görə, hava şəraiti, texniki, əməliyyat və digər səbəblər uçuş vaxtının dəyişməsinə, reysin gecikməsinə və ya ləğvinə səbəb ola bilər. Bu hallar sərnişinlərin planlarına təsir etdiyi kimi, aviaşirkət üçün də arzuolunmazdır. Belə vəziyyətlərdə əsas məqsəd sərnişinləri dəyişikliklər barədə mümkün qədər operativ məlumatlandırmaq və səfərin davam etdirilməsi üçün zəruri dəstəyi göstərməkdir.

Uçuşunuzda dəyişiklik baş verərsə, doğru məlumat mənbələrini, hansı xidmətlərdən yararlana biləcəyinizi və müxtəlif hallarda diqqət yetirilməli vacib məqamları bir araya topladıq.

Hava limanına vaxtında gəlin

Uçuşunuzun gecikdiyini əvvəlcədən öyrənmisinizsə, bu, qeydiyyat vaxtının da avtomatik olaraq dəyişdiyi demək deyil. Aviaşirkət tərəfindən fərqli məlumat verilmədiyi halda, ilkin uçuş vaxtını nəzərə alaraq hava limanına gəlmək və qeydiyyat prosedurlarını vaxtında tamamlamaq vacibdir.

Azərbaycan Hava Yolları sərnişinlərə hava limanına uçuşdan ən azı 3 saat əvvəl gəlməyi tövsiyə edir. Bu, qeydiyyat, baqajın təhvili, təhlükəsizlik və digər uçuşöncəsi prosedurların rahat şəkildə tamamlanması üçün kifayət qədər vaxt ayırmağa, eyni zamanda uçuşla bağlı son məlumatları vaxtında əldə etməyə imkan verir.

Uçuş məlumatlarını mütəmadi izləyin

Uçuşunuzun aktual statusunu azal.az internet səhifəsi və AZAL mobil tətbiqindən, elektron poçt ünvanınızdan, hava limanındakı məlumat ekranlarından və səsləndirilən elanlardan izləyə bilərsiniz. Əlavə məlumat üçün Azərbaycan Hava Yollarının hava limanındakı nümayəndələrinə və məlumat masalarına müraciət etmək mümkündür.

Xüsusilə hava limanına yola düşməzdən əvvəl və gözləmə müddətində uçuş statusunu yenidən yoxlamaq son dəyişikliklərdən vaxtında xəbərdar olmağa kömək edir.

Dəyişiklik barədə sizə necə məlumat verilir?

Uçuş vaxtında dəyişiklik baş verdikdə sərnişinlə əlaqə yaratmaq üçün bron zamanı qeyd olunan məlumatlardan istifadə edilir. Dəyişikliklərlə bağlı bildirişlər mobil nömrənizə SMS və WhatsApp, həmçinin elektron poçt ünvanınıza e-mail vasitəsilə göndərilə bilər.

Bu səbəbdən bilet alarkən mobil nömrənizin və elektron poçt ünvanınızın düzgün qeyd olunmasına diqqət yetirin. Bilet agentlik vasitəsilə alınıbsa, bronunuzda məhz sizin əlaqə məlumatlarınızın göstərildiyini dəqiqləşdirmək də faydalıdır. Uçuşla bağlı dəyişiklik yarandıqda bilet üzrə mövcud imkanlar haqqında agentlikdən də məlumat əldə edə bilərsiniz.

Həmçinin uçuşunuzun statusu və ya baş vermiş dəyişikliklə bağlı əlavə məlumata ehtiyacınız olduqda Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq həmin anda mövcud olan məlumatları əldə edə bilərsiniz.

Reysiniz gecikirsə, hansı xidmətlərdən yararlana bilərsiniz?

Gecikmənin müddətindən asılı olaraq sərnişinlər üçün müxtəlif xidmətlər ödənişsiz təşkil olunur:

  • 7 yaşınadək uşağı olan sərnişinlər
    Ana və uşaq otağından istifadə edə bilərlər.
  • 2 saatdan çox gecikmə
    Sərinləşdirici içkilər təqdim olunur, həmçinin 2 telefon zəngi etmək və ya 2 elektron məktub göndərmək imkanı yaradılır.
  • 5 saatdan çox gecikmə
    İsti yemək təqdim olunur. Gecikmə davam etdikdə isti yemək gündüz hər 6 saatdan, gecə isə hər 8 saatdan bir verilir.
  • 8 saatdan çox gecikmə
    Mehmanxanada yerləşdirmə, hava limanından mehmanxanaya və geriyə transfer, həmçinin baqajın saxlanılması təşkil olunur.

Reysin gecikdiyi inzibati ərazidə daimi yaşayan sərnişinlər mehmanxana ilə təmin olunmurlar. Təqdim olunan xidmətlər gecikmənin səbəbindən və tətbiq olunan daşıma qaydalarından asılı olaraq dəyişə bilər.

Qeyd: Gecikmə zamanı təqdim olunan yuxarıdakı xidmət və təminatlar beynəlxalq uçuşlar üçün nəzərdə tutulur.

Reysiniz ləğv edilib və ya uçuş vaxtı dəyişib?

Belə bir dəyişiklik səyahət planınızın sona çatdığı demək deyil. Vəziyyətdən və tətbiq olunan şərtlərdən asılı olaraq alternativ uçuş, biletin dəyişdirilməsi və ya geri qaytarılması kimi seçimlər mövcud ola bilər. Hava limanındasınızsa, Azərbaycan Hava Yollarının nümayəndələri mövcud imkanlar və səfərinizi necə davam etdirə biləcəyiniz barədə ətraflı məlumat verə bilərlər.

Hava limanındasınızsa, alternativ uçuşlar və mövcud seçimlər barədə məlumatı Azərbaycan Hava Yollarının nümayəndələrindən əldə edə bilərsiniz. Hava limanında deyilsinizsə, mövcud seçimləri dəqiqləşdirmək üçün Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Bilet akkreditə olunmuş agentlik vasitəsilə alınıbsa, dəyişiklik və geri qaytarılma kimi bilet əməliyyatlarının həmin agentlik vasitəsilə həyata keçirilməsi tələb oluna bilər. Bu halda biletinizi aldığınız agentliklə əlaqə saxlayaraq mövcud seçimləri dəqiqləşdirə bilərsiniz.

Gecikmə növbəti uçuşunuza təsir edirsə

Bir neçə reysdən ibarət səfərlərdə ilk uçuşdakı gecikmə növbəti reysə keçid vaxtını azalda və ya bağlantının baş tutmamasına səbəb ola bilər. Belə vəziyyətdə transfer masası və ya Azərbaycan Hava Yollarının hava limanındakı nümayəndələri növbəti uçuşunuz və səfərin davam etdirilməsi üçün mövcud imkanlar barədə məlumat verə bilərlər.

Gecikmə aviaşirkətdən qaynaqlanırsa və növbəti uçuş üçün təsdiqlənmiş bronunuz varsa, gözləmə müddətindən asılı olaraq müvafiq xidmətlərdən yararlana bilərsiniz.

Uçuş planında dəyişiklik yarandıqda ən vacib məqam aktual məlumatı rəsmi mənbələrdən izləməkdir. Əlaqə məlumatlarınızı bron zamanı düzgün qeyd etmək, uçuş statusunu mütəmadi yoxlamaq və ehtiyac yarandıqda aviaşirkətin nümayəndələrinə müraciət etmək dəyişikliklərə daha hazırlıqlı olmağa və səfərinizi mümkün qədər rahat davam etdirməyə kömək edəcək.

Əlavə sualınız var?

Uçuşunuzla bağlı əlavə məlumat və dəstəyə ehtiyacınız olarsa, Azərbaycan Hava Yolları ilə aşağıdakı elektron poçt ünvanları vasitəsilə əlaqə saxlaya bilərsiniz:

  • wecare@azal.az
  • callcenter@azal.az

Müraciətinizin daha operativ cavablandırılması üçün məktubda ad, soyad, uçuş nömrəsi, uçuş tarixi və bron məlumatlarınızı qeyd etməyiniz tövsiyə olunur.\modern.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Birinci Xanım Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib – FOTOLAR

Avqust 26, 2026
Cəmiyyət

Ziroat Mirziyoyevadan Mehriban Əliyevaya özəl təbrik

Avqust 26, 2026
Cəmiyyət

Azərbaycan Pakistana başsağlığı verdi

Avqust 26, 2026
Cəmiyyət

Mehriban Əliyeva doğum günündə körpələr evi-uşaq bağçasının açılışını edib

Avqust 26, 2026
Cəmiyyət

Bu kəndlərdə ev almağa tələsin – kəskin bahalaşacaq

Avqust 26, 2026
Cəmiyyət

Evlilərin diqqətinə: sizdən pul tutula bilər – Hüquqşünas

Avqust 26, 2026

XƏBƏR LENTİ

Birinci Xanım Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib – FOTOLAR

26 Avqust, 26 / 19:35

Ziroat Mirziyoyevadan Mehriban Əliyevaya özəl təbrik

26 Avqust, 26 / 19:21

Azərbaycan Pakistana başsağlığı verdi

26 Avqust, 26 / 19:07

Mehriban Əliyeva doğum günündə körpələr evi-uşaq bağçasının açılışını edib

26 Avqust, 26 / 18:54

Bu kəndlərdə ev almağa tələsin – kəskin bahalaşacaq

26 Avqust, 26 / 18:41

Evlilərin diqqətinə: sizdən pul tutula bilər – Hüquqşünas

26 Avqust, 26 / 18:29

AZAL uçuş dəyişiklikləri ilə bağlı sərnişinlərə müraciət etdi

26 Avqust, 26 / 18:13

Ay Laçın, can Laçın…

26 Avqust, 26 / 17:59

Ermənistanda bu qüvvələr fəallaşdı – Praqadakı tədbir revanşistləri niyə isterikaya saldı?

26 Avqust, 26 / 17:46
Iran's national flag waves as Milad telecommunications tower and buildings are seen in Tehran, Iran, Tuesday, March 31, 2020. In recent days, Iran which is battling the worst new coronavirus outbreak in the region, has ordered the closure of nonessential businesses and banned intercity travels aimed at preventing the virus' spread.   (AP Photo/Vahid Salemi)

İrandan ABŞ kəşfiyyatına milyardlıq zərbə

26 Avqust, 26 / 17:33
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.