• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.3° Weather Columbus
$
1.7
€
1.9672
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycan CNN-ni məhkəməyə verib

18 Avqust, 26 / 20:03
A A

Azərbaycan ABŞ-nin federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb.

Cagdas.az xəbər verir ki, “Report”un məlumatına görə, məhkəmə iddiasına səbəb Azərbaycana qarşı əsassız və təxribat xarakterli iddiaların yer aldığı məqalənin dərc edilməsidir.

2026-cı il iyunun 5-də CNN-nin dərc etdiyi məqalədə Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarının həyata keçirilməsi üçün istifadə edildiyi barədə bir sıra təxribat xarakterli iddialar yer alıb.

Məqalədə iddia olunur ki, guya İsrail xüsusi təyinatlıları Azərbaycanın cənubunda, İran sərhədinə yaxın bir neçə ərazidə fəaliyyət göstərir, həmin məntəqələrdən kəşfiyyat və pilotsuz uçuş aparatları əməliyyatlarını həyata keçirir, guya İsrail Azərbaycanda dinləmə cihazları və digər kəşfiyyat avadanlıqları əvvəlcədən yerləşdirib və bunun İrana qarşı sonrakı əməliyyatlara hazırlıq məqsədi daşıyıb.

Qeyd edək ki, CNN materialın dərcindən əvvəl Azərbaycan tərəfinin mövqeyindən xəbərdar olub. Belə ki, CNN-nin sorğusuna cavab olaraq, Azərbaycan tərəfi bu iddiaları əvvəlcədən rəsmən təkzib edib və Azərbaycan ərazisinin hər hansı üçüncü dövlət tərəfindən İrana qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadəsinə icazə verilmədiyini bildirib.

Amma belə bir cavaba baxmayaraq materialda Azərbaycanın təqdim etdiyi mövqenin adekvat şəkildə əks etdirilməyib, əsas iddialar isə anonim mənbələrə istinadla təqdim edilib.

Azərbaycan ərazisinin xarici qüvvələr tərəfindən qonşu və üçüncü ölkələrə qarşı istifadəyə imkan verilmədiyi barədə dəfələrlə verilmiş bəyanatlara baxmayaraq, CNN-də saxta iddialarla dolu məqalənin qəsdən dərc edilməsi Azərbaycanın haqlı narazılığına səbəb olub.

Material dərc edildikdən sonra Azərbaycan tərəfi CNN-dən sözügedən iddiaların təkzib edilməsini və materiala düzəliş verilməsini rəsmən tələb edib. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi tərəfindən də müvafiq açıqlama verilib.

İyunun 6-da, 23-də və iyulun 2-də Azərbaycan tərəfi CNN-ə rəsmi təkrar məktublar göndərərək materialda yer alan iddiaların təkzib edilməsini və düzəlişlərin aparılmasını tələb edib.

CNN Azərbaycanın haqlı tələblərini araşdırmağa söz versə də, bu müddət ərzində heç bir əməli tədbir görməyib və irəli sürdüyü saxta iddiaları təkzib etməyib.

Belə olan təqdirdə Azərbaycan CNN-ə qarşı ABŞ-ın Delaver ştatı üzrə federal məhkəməsində (media qurumunun rəsmi təsis edildiyi ştatda) iddia qaldırıb və iddia tələbi 17 avqust 2026-cı il tarixində rəsmən məhkəməyə təqdim edilib.

Qeyd edək ki, CNN materialının müəlliflərindən biri olan Tim Listerin əvvəlki materiallarında da Azərbaycanla bağlı birtərəfli yanaşma müşahidə edildiyi məlumdur. Onun 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə anti-terror tədbirləri zamanı da dərc etdiyi məqalələrdə Azərbaycana qarşı qərəzli iddialar yayımlaması məlumdur.

Bənzər Xəbərlər

Cəmiyyət

Tramp Hörmüz boğazını “ABŞ ərazisi” kimi göstərən xəritə paylaşdı

Avqust 18, 2026
Cəmiyyət

Azərbaycanda bəzi qurumlara kiberhücum olub

Avqust 18, 2026
Cəmiyyət

Əczaçılıq məhsullarının istehsalı artıb

Avqust 18, 2026
Cəmiyyət

Boşanmaq istəyən gəlin qaynata evindən pay ala bilərmi? Hüquqşünaslardan izah

Avqust 18, 2026
Cəmiyyət

“Metropark”da yanğın – FOTO+VİDEO

Avqust 18, 2026
Cəmiyyət

Rəsmən TƏSDİQLƏNDİ – Dünyanın dönüşü dəyişdi – ŞOK SƏBƏB

Avqust 18, 2026

XƏBƏR LENTİ

Tramp Hörmüz boğazını “ABŞ ərazisi” kimi göstərən xəritə paylaşdı

18 Avqust, 26 / 20:17

Azərbaycan CNN-ni məhkəməyə verib

18 Avqust, 26 / 20:03

Azərbaycanda bəzi qurumlara kiberhücum olub

18 Avqust, 26 / 19:48

Əczaçılıq məhsullarının istehsalı artıb

18 Avqust, 26 / 19:35

Boşanmaq istəyən gəlin qaynata evindən pay ala bilərmi? Hüquqşünaslardan izah

18 Avqust, 26 / 19:21

“Metropark”da yanğın – FOTO+VİDEO

18 Avqust, 26 / 19:08

Rəsmən TƏSDİQLƏNDİ – Dünyanın dönüşü dəyişdi – ŞOK SƏBƏB

18 Avqust, 26 / 18:57

Azərbaycan ət idxalını artırıb

18 Avqust, 26 / 18:44

Yeni səfir azərbaycanca ilk paylaşımını etdi

18 Avqust, 26 / 18:30

Azad edilmiş ərazilərdə 99 tarixi abidə ilə bağlı qərar verildi

18 Avqust, 26 / 18:15
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.