Son dəqiqə
Bu ərazilərə qar yağır AZAL Sabiha Gökçen Hava Limanına uçmayacaq – RƏSMİ Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı

Azərbaycan Ermənistana 23,45 milyon dollarlıq mal satıb

Cəmiyyət

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Ermənistana 23,45 milyon dollar dəyərində məhsul ixrac edib.

Cagdas.az  xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, qeyd olunan dövrdə Ermənistanından Azərbaycana dolayı idxalın həcmi cəmi 96,5 min dollar təşkil edib. Bu məbləğin 95,5 min dolları sentyabr ayının payına düşüb.

Ümumilikdə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 37 milyard 211 milyon dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çoxdur.

Hesabat dövründə Azərbaycanın ixracı 23 milyard 865 milyon dollar, idxalı isə 13 milyard 346 milyon dollar təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 28,3 faiz artıb, idxal isə 20,4 faiz azalıb