Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycan Naxçıvanda hərbi gücünü ARTIRIR – Yeni komando birlikləri / VİDEO

Cəmiyyət

Baku TV-nin “Hərbi Xronika” verilişinin budəfəki buraxılışında Prezident İlham Əliyevin Naxçıvana son səfəri, yeni yaradılmış komando hərbi hissələri və Naxçıvanın hərbi potensialının gücləndirilməsi məsələləri təhlil olunub.

Çağdaş.Az xəbər verir ki, bildirilib ki, Naxçıvanın coğrafi və geosiyasi mövqeyi onun hərbi baxımdan güclü olmasını strateji zərurətə çevirir.

Regionda dəyişən təhlükəsizlik mühiti də bu istiqamətdə görülən tədbirlərin əhəmiyyətini artırır.

Qeyd olunub ki, Əlahiddə Ümumqoşun Ordunun real döyüş təcrübəsi və Türkiyə ilə birgə təlimləri Naxçıvanın müdafiə imkanlarının gücləndirilməsində mühüm rol oynayır. Yeni komando hissələrinin yaradılması isə mürəkkəb dağlıq şəraitdə çevik və peşəkar qüvvələrin fəaliyyət imkanlarının artırılmasına xidmət edir.

Vurğulanıb ki, Naxçıvanda gedən proseslər yalnız hərbi sahə ilə məhdudlaşmır. Yeni nəqliyyat bağlantıları və regional layihələr muxtar respublikanın strateji əhəmiyyətini artırır.