Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Cagdas.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 6,37 ABŞ dolları və ya 5,8 % azalaraq 102,73 ABŞ dolları təşkil edib.
Əvvəlki ticarət sessiyasında “Azeri Light” markalı neftin bir bareli 109,10 ABŞ dollarına satılıb.
Qeyd edək ki, 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
















