• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.2° Weather Columbus
$
1.7
€
1.986
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycan Özbəkistana bu məhsulları satacaq

24 Avqust, 26 / 19:12
A A

Prezident İlham Əliyevin Özbəkistan səfər iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoymasına gətirib çıxarıb. Məhz bu səfərin və iki ölkə arasında münasibətlərin daha da yüksək səviyyəyə qaldırılmasının iki ölkə arasındakı ticarət dövriyyəsinə də müsbət təsir göstərəcəyi də gözlənilir. Bir neçə görüşlərdə də iqtisadi, investisiya, ticari, bir də logistik-tranzit məsələləri ön planda olub.Özbəkistanla Azərbaycan arasında İnvestisiya Fondu da yaradıldı ki, birgə maraqlı layihələrə investisiyalar qoyulsun. 

Cagdas.az bildirir ki məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Azərbaycan Prezidentinin Özbəkistana səfəri iki ölkə arasında iqtisadi münasibətlərdə yeni mərhələnin başlanmasına və ticarət dövriyyəsinin daha da artmasına ciddi təsir göstərəcək:

“Azərbaycanla Özbəkistan arasında strateji münasibətlər, eyni zamanda, iqtisadi əlaqələrə və ticarət dövriyyəsinə birbaşa təsir göstərir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 3,2 dəfə artaraq 795 milyon dollara çatıb. Təbii ki, burada əsas ağırlıq Özbəkistandan idxalın payına düşür. Özbəkistan Azərbaycanla ticarət əlaqələrində müsbət saldoya malikdir. Qarşıya qoyulan əsas hədəf isə 1 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmaqdır. Cənab Prezidentin Özbəkistana səfəri iki ölkə arasında iqtisadi münasibətlərdə yeni səhifə açacaq. Bu, eyni zamanda, ticarət dövriyyəsinə də birbaşa təsir göstərəcək. Çünki müxtəlif sektorlar üzrə sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı məhsul mübadiləsinin genişləndirilməsi gözlənilir. Özbəkistan həm sənaye, həm də aqrar məhsullar istehsal və ixrac edən ölkədir. Azərbaycan da sənaye məhsulları ilə yanaşı, bir sıra neft emalı məhsullarının ixracını həyata keçirir. Bu baxımdan, qeyri-neft sektorunda qarşılıqlı idxal və ixrac imkanları kifayət qədər genişdir”.

İqtisadçı qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında xüsusilə ərzaq və emal sənayesi üzrə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur:

“Azərbaycanın Özbəkistana ixracının təxminən yarısını şəkər məhsulları təşkil edir. Bu da Özbəkistanda emal olunmuş qida məhsullarına tələbatın yüksək olduğunu göstərir. Azərbaycan həmin məhsulların təminatında Özbəkistana daha böyük dəstək göstərə və bu ölkənin bazarına daha geniş çeşiddə qida məhsulları çıxara bilər. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi qarşılıqlı ticarətin artmasına ciddi töhfə verə bilər. Bütün bunlar onu göstərir ki, 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə daha qısa müddətdə nail olunacaq. Bu isə yalnız ölkələr arasında ticarət dövriyyəsinin artmasına deyil, eyni zamanda, Azərbaycan-Özbəkistan strateji əlaqələrinin daha da dərinləşməsinə imkan yaradacaq”.

Bənzər Xəbərlər

Cəmiyyət

Kartdan istifadə etmədən pul çıxılır? – “BakıKart” məsələyə aydınlıq gətirdi

Avqust 24, 2026
Cəmiyyət

Birinci sinfə qəbul üçün 121 mindən çox sorğu yaradılıb

Avqust 24, 2026
Cəmiyyət

Şəhid övladları üçün “Zəfər” yay düşərgəsi keçirilib

Avqust 24, 2026
Cəmiyyət

İxtisas seçiminin nəticələri elan olundu

Avqust 24, 2026
Cəmiyyət

Bakıda bu ərazidə su kəsiləcək

Avqust 24, 2026
Cəmiyyət

Ukrayna Hikmət Hacıyevi təltif etdi

Avqust 24, 2026

XƏBƏR LENTİ

Kartdan istifadə etmədən pul çıxılır? – “BakıKart” məsələyə aydınlıq gətirdi

24 Avqust, 26 / 20:44

Birinci sinfə qəbul üçün 121 mindən çox sorğu yaradılıb

24 Avqust, 26 / 20:31

Şəhid övladları üçün “Zəfər” yay düşərgəsi keçirilib

24 Avqust, 26 / 20:24

İxtisas seçiminin nəticələri elan olundu

24 Avqust, 26 / 20:17

Bakıda bu ərazidə su kəsiləcək

24 Avqust, 26 / 20:05

Ukrayna Hikmət Hacıyevi təltif etdi

24 Avqust, 26 / 19:51

Dövlət Komitəsində struktur və kadr dəyişiklikləri oldu

24 Avqust, 26 / 19:38

Hər uşağa 70 min dollar yardım veriləcək – Sinqapurda

24 Avqust, 26 / 19:26

Azərbaycan Özbəkistana bu məhsulları satacaq

24 Avqust, 26 / 19:12

Bakının mərkəzi yollarından biri bağlanır

24 Avqust, 26 / 18:56
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.