2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanla Qırğızıstan arasında xarici ticarət dövriyyəsinin həcmi 34 milyon 64,9 min ABŞ dolları təşkil edib.
Cagdas.az-ın rəsmi statistik məlumatlar əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycandan Qırğızıstana 30 milyon 30,1 min dollar dəyərində məhsul ixrac olunub. Qırğızıstandan Azərbaycana idxalın həcmi isə 4 milyon 34,8 min dollar olub.
Beləliklə, ilk 7 ayda iki ölkə arasındakı ticarətdə Azərbaycanın 25 milyon 995,3 min dollarlıq müsbət saldosu yaranıb.
Qırğızıstanın Azərbaycanın ümumi ixracındakı payı 0,16 faiz, ümumi idxalındakı payı isə 0,04 faiz təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yekununda Azərbaycan-Qırğızıstan xarici ticarət dövriyyəsi 77 milyon 172,4 min dollar olmuşdu. Bunun 53 milyon 752,9 min dolları idxalın, təxminən 23 milyon 419,5 min dolları isə ixracın payına düşmüşdü.
Bundan əlavə, 2026-cı ilin ilk 7 ayında Azərbaycanın Qırğızıstana ixracı ötən ilin bütün ili üzrə qeydə alınan göstəricini 28,2 faiz üstələyib.
2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 40 milyon 64,2 min dollar, 2023-cü ildə 64 milyon 978,3 min dollar, 2022-ci ildə 10 milyon 810,2 min dollar, 2021-ci ildə isə 9 milyon 18 min dollar təşkil etmişdi. 2025-ci ildə ticarət dövriyyəsi 2024-cü illə müqayisədə təxminən 92,6 faiz artmışdı.
















