Bu ilin yanvar-iyul aylarında Azərbaycan 81,3 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib.
Cagdas.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,5 milyon ABŞ dolları (2,5 dəfə ) çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin166,7 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. Bu isə 1 il əvvələ nisbətən 15,8 milyon ABŞ dolları (10,4 %) çoxdur.
7 ayda şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 1,6 %-ni, ixrac isə ümumi ixracın 0,4 %-ni təşkil edib.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.(metbuat.az)
















