Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanda 1700 nəfər orqan donoru olmaq üçün müraciət edib

Cəmiyyət

Azərbaycanda orqan donorluğuna maraq ildən-ilə artır. Ölümündən sonra orqanlarını bağışlamaq üçün könüllü razılıq verənlərin sayı artıq 1700 nəfərə çatıb.

Cagdas.az -ın mövzu ilə bağlı ünvanladığı sorğuya cavab olaraq Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən bildirilib ki, bu göstəricinin artmasında ictimai maarifləndirmə tədbirləri və orqan donorluğunun insan həyatının xilas edilməsindəki roluna dair aparılan məlumatlandırma kampaniyaları mühüm əhəmiyyət daşıyır.

Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsi tərəfindən orqan donorluğu və transplantasiya sahəsində ictimai maarifləndirmənin gücləndirilməsi məqsədilə ardıcıl informasiya kampaniyaları həyata keçirildiyi açıqlanıb.

Bildirilib ki, bu çərçivədə televiziya kanalları, “Sağlam radio” 93 FM, sosial media platformaları və xəbər portalları vasitəsilə orqan donorluğunun əhəmiyyəti, hüquqi əsasları və cəmiyyət üçün faydaları barədə mütəmadi məlumatlar paylaşılır. Mərkəzdən vurğulanıb ki, maarifləndirmə fəaliyyətinin əsas məqsədi cəmiyyətdə orqan donorluğu mədəniyyətinin formalaşdırılması, bu sahədə mövcud yanlış təsəvvürlərin aradan qaldırılması və vətəndaşların məlumatlı qərar verməsinə dəstək olmaqdır.(sfera.az)