Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanda avtomobillər 600 manatdan hərraca çıxarılır – Foto

Cəmiyyət

Azərbaycanda bir sıra dövlət qurumları və publik hüquqi şəxslərin balansında olan nəqliyyat vasitələri sentyabrın 15-də hərraca çıxarılacaq.

Cagdas.az xəbər verir ki, siyahıda minik avtomobilləri, mikroavtobus və xüsusi təyinatlı nəqliyyat vasitələri yer alıb.

Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinə məxsus 1990-cı il istehsalı VAZ-21061-in start qiyməti 750 manat, 1986-cı il istehsalı VAZ-21013-ün start qiyməti 600 manat, 2000-ci il istehsalı VAZ-21074 xüsusi təlim avtomobilinin start qiyməti isə 825 manatdır.

Dövlət Ehtiyatları Agentliyinin balansında olan 2007-ci il istehsalı “Chevrolet Niva 2123” 2 850 manat start qiyməti ilə hərraca təqdim edilir.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin balansında olan 2006-cı il istehsalı “Nissan Maxima” 1 600 manat start qiyməti ilə beşinci dəfə 50% endirimlə təkrar hərraca təqdim edilir.(milli.az)

PhotoPhoto