Son dəqiqə
“”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat

Azərbaycanda bu sözü deyənə 15 il həbs verilir?

Cəmiyyət

Sosial şəbəkələrdə yayılan iddiaya görə, Azərbaycanda “Mən “vor v zakon”am və ya “qanuni oğru”yam” ifadəsini işlədən şəxslər həbs edilə bilər. Hətta həmin şəxsləri 8 ildən 15 ilə qədər həbs gözlədiyi deyilir.

Bəs Azərbaycan qanunvericiliyində bununla bağlı hər hansı maddə var?

Cagdas.az  xəbər verir ki, Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova sosial şəbəkələrdə yayılan bu iddia hüquqi baxımdan doğru olmadığını bildirib.

“Qanuni oğruyam” ifadəsini işlətmək öz-özlüyündə cinayət hesab olunmur və buna görə 8 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulmayıb. Azərbaycan qanunvericiliyində məsuliyyət ifadənin özünə deyil, şəxsin konkret fəaliyyətinə və törətdiyi əmələ görə müəyyən edilir. Əgər şəxs kriminal qruplaşmanın yaradılmasında, idarə edilməsində və ya fəaliyyətində iştirak edirsə, yaxud bu statusdan istifadə edərək başqa cinayət əməlləri törədirsə, həmin əməllərə uyğun olaraq cinayət məsuliyyəti yarana bilər”, – deyə o qeyd edib.

Hüquqşünas bildirib ki, sadəcə hansısa şəxsin özünü “qanuni oğru” adlandırması avtomatik olaraq onun həbs ediləcəyi anlamına gəlmir:

“8 ildən 15 ilədək həbs məsələsi isə yalnız konkret cinayət tərkibi və qanunda həmin əməl üçün nəzərdə tutulan cəza ilə bağlı ola bilər. Belə iddialar böyük ehtimalla Rusiya qanunvericiliyindəki kriminal iyerarxiyada yüksək mövqe tutmağa görə məsuliyyətlə qarışdırılıb”.