Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

Azərbaycanda dərman emalı kəskin artdı

Cəmiyyət
Azərbaycanın emal sənayesində 2026-cı ilin yanvar-avqust aylarında əczaçılıq məhsullarının istehsalı 48,4% artıb.

Cagdas.az bildiriri ki bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, sözügedən dövrə emal sənayesində daha çox artım həmçinin avtomobil, qoşqu və yarımqoşquların istehsalı (+89,3%), mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı (+38,7%), toxuculuq sənayesi (+28,8%), tütün məmulatlarının istehsalı (+16,3%), kağız və karton istehsalı (+14,1%), rezin və plastik kütlə məmulatlarının istehsalı (+9,2%), tikinti materiallarının istehsalı (+9,0%), dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı (+8,0%), qida məhsullarının istehsalı (+7,9%), metallurgiya sənayesi (+6,9%), elektrik avadanlıqlarının istehsalı (+5,4%) sahələrində olub.

Qeyd edək ki, cari ilin ilk 8 ayında Azərbaycanın emal sənayesində 14 912,1 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,4% çox məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Könül