Azərbaycanda estetik və plastik əməliyyatlara qadağa qoyulacağı haqda xəbər yayılıb.
Cagdas.az bildirir ki, bu haqda məlumatı Vətəninfo.az saytı yayıb.
Xəbərdə bildirilir ki, ölkədə tibbi sahədə həyata keçirilən sərt tənzimləmələr və islahatlar çərçivəsində ümumi cərrahların fəaliyyət dairəsinə ciddi məhdudiyyətlər gətirilib. Bundan sonra ümumi cərrahlar heç bir estetik və plastik əməliyyat həyata keçirə bilməyəcək və bu sahədə onların fəaliyyəti tamamilə qadağan olunacaq. Marqarita pizza
Sayt yazır ki, bu qərara qədər ümumi cərrahların müəyyən şərtlər daxilində və xüsusi hazırlıq keçməklə yerinə yetirə bildikləri bəzi plastik və rekonstruktiv cərrahiyyə əməliyyatları mövcud idi. Lakin yeni qaydalara əsasən, həmin əməliyyatların da ümumi cərrahlar tərəfindən icrasına son qoyulur.
Mənbənin iddiasına görə, aşağıda adları çəkilən və vaxtilə (əgər törəmə səbəbindən aparılarsa, həmçinin 2024-cü ilə qədər müvafiq təhsil almış və cərrahi profil üzrə fəaliyyət göstərən həkim-onkoloqlar tərəfindən icra edilə bilən) müəyyən istisnalarla ümumi cərrahların edə bildiyi bütün bu əməliyyatlar bundan sonra ümumi cərrahlar üçün qəti şəkildə qadağan olunur:
– Ektopik süd vəzinin toxumasının kəsiklə çıxarılması
– İkitərəfli reduksiya mammoplastikası, Amputasion mammoplastikası, Reduksiya mammoplastikası (ginekomastiya səbəbindən)
– Artırma məqsədilə mammoplastikası, başqa cür müəyyən edilməyib
– Auqmentasiya üçün süd vəzinə birtərəfli inyeksiya
– Artırma məqsədilə döş vəzinə ikitərəfli inyeksiya / Auqmentasiya üçün süd vəzinə inyeksiya, başqa cür müəyyən edilməyib
– Süd vəzinə birtərəfli implant
– Süd vəzinə ikitərəfli implant, Döş vəzinin implantı, başqa cür müəyyən edilməyib
– Süd vəzinə piy qrefti (daxil edilib: autoloji qreft üçün piyin ekstraksiyası, autoloji piyin transplantasiyası və ya köçürülməsi, mikro-piy qreftinin köçürülməsi və s.)
– Süd vəzinə parçalanmış dəri qreftinin qoyulması
– Süd vəzinə eninə tam dəri qreftinin qoyulması
– Mastopeksiya
– “Transverse rectus abdominis” əzələ-dəri (TRAM) yamağı, ayaqcıqda
– Süd vəzinin digər total rekonstruksiya növləri
– Gilənin transpozisiyası
– Gilənin digər bərpa və ya rekonstruksiya növləri
– Digər yerlərdə qoyulan digər dəri qreftləri
– Ölçü kiçildilməsi üzrə plastik əməliyyat, Adipoz toxumasının reduksiyası – abdominoplastika (qarın divarı, əllər “batwing”, sağrı budlar və s.)
Qeyd edək ki, indiyə qədər yalnız xüsusi hazırlıq keçmiş cərrahların icra etməsinə icazə verilən bu növ müdaxilələr artıq ümumi cərrahiyyə ixtisasının səlahiyyətlərindən tamamilə çıxarılır.
Səhiyyə Nazirliyindəki mənbələr iddia edir ki, bu sərt qərar vətəndaşların sağlamlığının qorunması, tibbi xidmətlərin ixtisaslaşdırılması və sahələr üzrə peşəkar standartların dəqiq müəyyənləşdirilməsi məqsədi daşıyır. Yaxın günlərdə bu qadağanın respublika üzrə bütün tibb müəssisələrinə rəsmi şəkildə elan olunacağı gözlənilir.















