Cagdas.az xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev bildirib.
Onun sözlərinə görə, bunun təxminən 80 %-i Fondun (dövlət) xətti ilə, 20 %-i isə bankların daxili ipoteka proqramları üzrə verilib.
“Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən, bankların kredit portfelində ipoteka kreditlərinin xüsusi çəkisi 15,2 %-dir”, – deyə Fond rəsmisi əlavə edib.
Bundan başqa, R.Abdullayev deyib ki, Fondun zəmanət mexanizmi tətbiq edildikdən sonra, 2018-ci ildən etibarən ümumi məbləği 150 milyona yaxın manat olan 1 571 zəmanətli ipoteka krediti verilib.
“İpoteka kreditlərini alanlarda 18–29 yaş qrupunun payı 33 %, 29–35 yaş qrupunun payı 34 %, 35 yaşdan yuxarı şəxslərin payı isə 33 % təşkil edir. Beləliklə, kreditlərdən yararlananların 67%-i gənclər və gənc ailələrdir. Regionlarda verilmiş ipoteka kreditlərinin payı isə 23 % təşkil edir. Ailə vəziyyətinə görə kredit alanların 67 %-i evli, 33 %-i subay şəxslərdir. Məşğulluq baxımından isə kreditlərin 42%-i qeyri-dövlət sektorunda, 58%-i dövlət sektorunda çalışan vətəndaşlara verilib”, – deyə o əlavə edib.
















