• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9759
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?

21 May, 26 / 16:29
A A

Rusiyada pensiya yığımlarının müəyyən kateqoriya vətəndaşlara aylıq deyil, birdəfəlik şəkildə verilməsi imkanlarının nəzərdən keçirilməsi, bu sistemin digər ölkələrdə, o cümlədən Azərbaycanda tətbiqinin nə dərəcədə mümkün olması sualını gündəmə gətirib. Məlumata görə, qonşu ölkədə bu mexanizm əsasən 1967-ci ildən sonra doğulan və pensiya kapitalı fərdi səbəblərdən müəyyən həddən az olan şəxslərə şamil edilə bilər.

Məlum olduğu kimi, Azərbaycanda da pensiya təminatı toplanan kapital prinsipinə əsaslanır və lazımi limit yığılmadıqda vətəndaşlara yaşa görə müavinət təyin olunur. Bəs ölkəmizdə gələcəkdə bu vəsaitlərin birdəfəlik ödəniş formasına keçidi nə dərəcədə realdır?

Çağdaş.Az xəbər verir ki ,məsələnin iqtisadi və sosial tərəflərini Oxu24.com-a şərh edən iqtisadçı Günay Hüseynova sistemin daha da təkmilləşdirilməsi və vətəndaşyönümlü islahatların davam etdirilməsi üçün öz təkliflərini irəli sürüb.

İqtisadçı qeyd edib ki, pensiya və sosial təminat sahəsində digər ölkələrin təcrübələrindən yararlanmaq faydalı olsa da, əsas hədəf tam yerli şəraitə uyğunlaşdırılmış vahid modelin qurulması olmalıdır:

“Müxtəlif dövlətlərin qanunvericilik elementlərini lokal mühitə adaptasiya etməyə çalışmaq yox, regionda nümunə ola biləcək, tam sistemləşdirilmiş və dayanıqlı bir model ortaya qoymalıyıq. Eyni zamanda, idarəetmədə kadr dəyişikliklərindən asılı olmayaraq, sistemin təməl prinsipləri sabit qalmalı, qanunvericiliyə edilən hər bir əlavə və dəyişiklik birbaşa vətəndaşın rifahına və maraqlarına xidmət etməlidir”.

Ekspert vurğulayıb ki, pensiya kapitalı və staj tələbləri tətbiq edilərkən ölkədəki real əmək bazarının imkanları və daxili məşğulluq səviyyəsi mütləq nəzərə alınmalıdır:

“Əgər vətəndaşdan gələcəkdə pensiya təminatı üçün kapital tələb olunursa, ilk növbədə onun bu vəsaiti toplaya bilməsi üçün yetərli iş yerlərinin yaradılması prosesi sürətlənməlidir. Əks halda, rəsmi iş imkanı tapmaqda çətinlik çəkən vətəndaş gələcəkdə sosial müdafiədən kənarda qala bilər.

Sosial təminat və gələcəyə olan sosial inam birbaşa miqrasiya proseslərinə təsir edir. Gənclərin və aktiv işçi qüvvəsinin ölkədə qalmasını stimullaşdırmaq üçün uzunmüddətli sosial zəmanətlər gücləndirilməlidir. Bu, həm də gələcəkdə yaşlanma tempinin qarşısını almaq, doğum səviyyəsini sabit saxlamaq və dövlət büdcəsinin sosial xərclərinin optimallaşdırılması üçün vacibdir”.

Rusiyadakı modelin ölkəmizdə tətbiqi ehtimalını dəyərləndirən iqtisadçı, vəsaitlərin tam şəkildə birdəfəlik verilməsinin maliyyə və idarəetmə baxımından mürəkkəb olduğunu diqqətə çatdırıb:

“Azərbaycanda gələcəkdə pensiya vəsaitinin birdəfəlik ödənilməsi mexanizminə keçidə baxılarsa, burada vəsaitin tamamının deyil, müəyyən bir hissəsinin – maksimum 30-50%-nin birdəfəlik verilməsi daha real və kompromis variant kimi nəzərdən keçirilə bilər”,- deyə Günay Hüseynova qeyd edib.

Bənzər Xəbərlər

İqtisadiyyat

Təcili xəbərdarlıq – Ərzaq qiymətləri yüksələ bilər

May 21, 2026
İqtisadiyyat

Pensiyalar bu tarixdə tam ÖDƏNİLƏCƏK

May 21, 2026
Cəmiyyət

Bakı-Tiflis qatarına ucuz bilet almağın yolu açıqlandı - RƏSMİ

May 21, 2026
İqtisadiyyat

Azərbaycanın 3 rayonu ilə bağlı müsbət anons – DETALLAR AÇIQLANDI

May 21, 2026
Cəmiyyət

Gürcüstana getmək istəyənlər bilet qiymətindən əlavə 12 manat da ödəməlidir - Bunu unutsanız…

May 21, 2026
İqtisadiyyat

Gürcüstan Azərbaycandan təminat aldı: Daha 20 il…

May 21, 2026

XƏBƏR LENTİ

Bakıda tramvay xətləri 2028-ci ilə qədər istifadəyə veriləcək

21 May, 26 / 17:27

Təcili xəbərdarlıq – Ərzaq qiymətləri yüksələ bilər

21 May, 26 / 17:13

Prezidentin xüsusi nümayəndəsi: Şuşa ilə bağlı yeni standartlar hazırlanıb

21 May, 26 / 16:57

Rusiya bu ölkəyə nüvə silahlarını yerləşdirdi

21 May, 26 / 16:43

Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?

21 May, 26 / 16:29

Bakı metrosunda 10 yeni stansiya: sıxlıq azalacaq

21 May, 26 / 16:14

Ağ Ev Trampın “öldürdüyü” liderlərin siyahısını yaydı

21 May, 26 / 16:00

Pensiyalar bu tarixdə tam ÖDƏNİLƏCƏK

21 May, 26 / 15:46

 SEPAH-ın XƏBƏRDARLIĞI Bakıya da çatdı

21 May, 26 / 15:31

Bakı-Tiflis qatarına ucuz bilet almağın yolu açıqlandı - RƏSMİ

21 May, 26 / 15:17
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.