Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarına əsasən Məmmədov Rizvan Qasım oğluna sığorta agenti fəaliyyətinə verilmiş 1 iyun 2009-cu il tarixli, 000129 nömrəli lisenziya ləğv edilib.
Cagdas.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, onun lisenziyası “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.8-ci maddəsinə əsasən (lisenziya sahibinin məqbul və lazımi keyfiyyətlərə malik olmaması və yaxud ölməsi) ləğv olunub.(modern.az)
















