• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.7° Weather Columbus
$
1.7
€
1.9383
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda suvarma suyu çatışmayan rayonların SİYAHISI

29 İyul, 26 / 16:49
A A

Azərbaycanda yay aylarında suvarma suyu çatışmazlığı əsasən yağıntının az olduğu, havanın yüksək temperaturu ilə səciyyələndiyi və suvarılan əkin sahələrinin geniş yayıldığı ərazilərdə daha kəskin müşahidə olunur.

Cagdas.az xəbər veriri ki bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

Məlumata görə, hazırda suvarma suyu ilə təminatda əsas çətinliklərin qeydə alındığı su mənbələri və onların xidmət etdiyi rayonlar aşağıdakı kimi sıralanıb:

Araz çayının aşağı axını: Sabirabad, Saatlı, İmişli, Salyan və Neftçala rayonları;

Araz çayından qidalanan Xan-Arx kanalı: Beyləqan və Ağcabədi rayonları;

Tərtərçay çayının aşağı axını: Ağcabədi və Goranboy rayonları;

Samur-Abşeron kanalı: Xaçmaz, Siyəzən, Qusar, Quba, Şabran, Xızı və Abşeron rayonları;

Pirsaatçayının xidmət sahəsi: Hacıqabul rayonu.

Xüsusilə Tərtərçay çayının aşağı axınında yaranan su çətinliyini aradan qaldırmaq üçün alternatif olaraq subartezian quyuları qazılır. Lakin son illərdə yeraltı su ehtiyatlarının səviyyəsinin bəzi ərazilərdə təxminən 20 metrədək enməsi nəticəsində qazılmış subartezian quyularının debiti və məhsuldarlığı əhəmiyyətli dərəcədə azalıb:

“Bu hal quyular vasitəsilə tələb olunan həcmdə suyun verilməsini çətinləşdirərək kənd təsərrüfatı bitkilərinin suvarılmasında ciddi problemlər yaradır və mövcud su çatışmazlığını daha da dərinləşdirir”.

R.Qurban müxtəlif su arteriyaları üzrə yaranmış vəziyyətin təfərrüatlarını da açıqlayıb. Belə ki, Araz çayında axının azalması səbəbindən Xan-Arx kanalına daxil olan suyun həcmi kifayət etmir. Bu da kanalın aşağı hissəsində yerləşən Ağcabədi rayonunun əkin sahələrində və vegetasiya dövrünün suvarma qrafikində çətinliklərə yol açır.

Oxşar vəziyyət Tərtərçayda da müşahidə olunur. Çayda su sərfinin azalması Goranboy rayonunun su təminatına mənfi təsir göstərdiyindən, tələbatı ödəyə bilmək üçün bəzi ərazilərdə suvarma məcburi olaraq növbəlilik rejimi ilə aparılır.

Samur-Abşeron kanalı üzrə isə Taxtakörpü su anbarından Ceyranbatana ötürülən içməli suyun həcminə prioritet verilir. Bu səbəbdən kanalın kənd təsərrüfatı üçün ayrılan su payı məhdudlaşır ki, nəticədə Xaçmaz, Siyəzən, Qusar, Quba, Şabran, Xızı və Abşeron rayonlarında vegetasiya dövründə su təminatında axsamalar meydana çıxır.

Pirsaatçayında da axımın zəifləməsi və su ehtiyatlarının məhdudluğu ucbatından Hacıqabul rayonunda əkin sahələrinin suvarılması növbəlilik əsasında həyata keçirilir.

Bənzər Xəbərlər

Cəmiyyət

“SOCAR Polymer” 6 ayda ümumi dəyəri 128 milyon dollardan çox olan məhsul ixrac edib

İyul 29, 2026
Cəmiyyət

Prezident qəbul keçirdi – Fotolar

İyul 29, 2026
Cəmiyyət

Ev heyvanından da təhlükə var – Səhiyyə Nazirliyindən xəbərdarlıq

İyul 29, 2026
Cəmiyyət

“Qara bazar” internetə köçür

İyul 29, 2026
Cəmiyyət

Azərbaycanın qiymətli kağızlar bazarı kiçilib

İyul 29, 2026
Cəmiyyət

Autizm Portalı inklüziv təhsilə dəstəyi genişləndirir

İyul 29, 2026

XƏBƏR LENTİ

“SOCAR Polymer” 6 ayda ümumi dəyəri 128 milyon dollardan çox olan məhsul ixrac edib

29 İyul, 26 / 17:32

“Qarabağ” klubu Bolqarıstana getdi

29 İyul, 26 / 17:17

Prezident qəbul keçirdi – Fotolar

29 İyul, 26 / 17:03

Azərbaycanda suvarma suyu çatışmayan rayonların SİYAHISI

29 İyul, 26 / 16:49

Ev heyvanından da təhlükə var – Səhiyyə Nazirliyindən xəbərdarlıq

29 İyul, 26 / 16:33

“Qara bazar” internetə köçür

29 İyul, 26 / 16:18

Azərbaycanın qiymətli kağızlar bazarı kiçilib

29 İyul, 26 / 16:04

Autizm Portalı inklüziv təhsilə dəstəyi genişləndirir

29 İyul, 26 / 15:50

Bakının mərkəzində aylardır qazılan yol təmir edilmir – Video

29 İyul, 26 / 15:36

Ət bahalaşdı

29 İyul, 26 / 15:22
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.