• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.3° Weather Columbus
$
1.7
€
1.9696
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda toy zamanı bəyə qarşı bu hərəkət aranı qatdı: erməni izi? – VİDEO

19 Avqust, 26 / 11:26
A A

Son vaxtlar Azərbaycanda keçirilən toy mərasimlərində bir adət xüsusi diqqət çəkir. Belə ki, toy günü gəlin tərəfdən bir nəfərin qapıda xəncərlə bəydən pul yığması birmənalı qarşılanmır. Bəzi şəxslər bu adəti tənqid edir, onun bizə deyil, ermənilərə məxsus olduğunu iddia edirlər.

Bəs bu adət bizə haradan gəlib?

Çağdaş.Az-ın məlumatına görə, Globalinfo.az-a danışan kulturoloq Aydın Xan Əbilov deyib ki, Azərbaycan toyları getdikcə kommersiya xarakteri daşıyır və biznesin bir hissəsinə çevrilir:

“Toy, mərasim bəydən və gəlinin ailəsindən pul almaq vasitəsinə çevrilib. Azərbaycan mentalitetində “yol kəsmək”, “qapı kəsmək” kimi mərasimlər olub. Evlənənlərin, nişanlananların toy karvanının qarşısını uşaqlar kəsər, bəyin, onun dostlarının və qohumlarının verdiyi nəmərdən pul yığardılar. Əvvəllər bu, daha çox zarafat və əyləncə xarakteri daşıyırdı. Lakin indi sanki pul qoparmaq və qazanc əldə etmək üçündür”.

Kulturoloq bildirib ki, əvvəllər böyüklər belə hallara o qədər də müsbət yanaşmırdılar:

“İndi isə sanki cəmiyyət bu cür təkrarlanan hadisələrə daha normal baxır. Xınayaxdıda və digər mərasimlərdə insanların toy sahibindən nəmər istəməsi, sənətçilərin sifariş qarşılığında pul və ya mükafat gözləməsi, müxtəlif mərasimlər zamanı müəyyən xidmətlərə görə pul tələb edilməsi də əlavə yük yaradır. Əlbəttə, belə vəziyyətdə gənclərin evlənməsi də çətinləşir”.

A.Əbilovun sözlərinə görə, xəncərlə qapıda bəydən pul almaq bizim adətimiz deyil:

“Bunun müəyyən formaları Qafqaz xalqlarında olub. Azərbaycan toyları isə tarixən daha çox müqəddəs, iki nəslin birləşməsi üçün mühüm mədəni və sosial hadisə kimi qəbul edilib. Burada paylaşmaq, mərhəmət və sosiallaşma pul qoparmaqdan daha önəmli olub.

İran, Türkiyə, Azərbaycan, Gürcüstan və Dağıstan kimi bölgələrdə də müxtəlif toy ənənələri mövcuddur. Lakin bəydən və gəlin tərəfdən davamlı şəkildə pul almaq, qapı-pəncərə kəsmək və buna bənzər hallar bütün bölgələr üçün oturuşmuş ənənə deyil. Ola bilər ki, bəzi bölgələrdə belə adətlər olub”.

Kulturoloq deyib ki, toyla bağlı bir çox ənənələr sıradan çıxıb:

“İndi isə başqa adətlərin meydana gəldiyini görürük. Düşünürəm ki, bu məsələyə ictimai, mədəni və sosial baxımdan yanaşmağa ehtiyac var. Maşın karvanının qarşısını kəsən uşaqlara pul verilməsi normaldır, onlara simvolik məbləğdə pul verirsən. Amma bəyin karvanının qarşısını müxtəlif şəxslərin kəsməsi və bəyin növbəti dəfə 50-100 manat və ya daha artıq nəmər verməyə məcbur qalması həll edilməli məsələdir”.

A.Əbilov deyib ki, toylarımızda yemək, musiqi, müxtəlif xidmətlər, məclisin təşkili, içkilər və digər əlavə xərclər var:

“Bütün bunların üzərinə köhnə və yeni yaranan, sırf pul almağa yönələn adətləri də əlavə etməməliyik. Əksinə, belə halları tənqid etməli, adət-ənənə ilə kommersiya marağını bir-birindən ayırmalıyıq. Çünki toyun əsas mahiyyəti pul qoparmaq deyil, insanların sevincini bölüşmək, iki ailənin və iki nəslin bir araya gəlməsidir”.

 

Zaira Akifqızı

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda yayılan ölümcül təhlükənin səbəbi açıqlandı – Vacib xəbərdarlıq

Avqust 19, 2026
Cəmiyyət

Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA

Avqust 19, 2026
Cəmiyyət

Azərbaycanın ekoloji “saatlı bomba”sı: suyumuz hara gedir?

 

Avqust 19, 2026
Cəmiyyət

Bakıda 3 istiqamətdə tıxac var - SİYAHI

Avqust 19, 2026
Cəmiyyət

Aylıq iş qrafiki ömrü qısaldırmış

Avqust 18, 2026
Cəmiyyət

Axirət günü nə vaxt olacaq? – Tarix AÇIQLANDI

Avqust 18, 2026

XƏBƏR LENTİ

claude

AI artıq sizin adınızdan yazışa bilər: Claude-un yeni funksiyası təqdim edildi

19 Avqust, 26 / 12:10

iPhone 18 Pro Max üçün iki yeni kamera xüsusiyyəti gəlir

19 Avqust, 26 / 11:56

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? – Siyahı

19 Avqust, 26 / 11:41

Azərbaycanda toy zamanı bəyə qarşı bu hərəkət aranı qatdı: erməni izi? – VİDEO

19 Avqust, 26 / 11:26

Bu avtomobil markası 955 min avtomobili geri çağırdı

19 Avqust, 26 / 11:12

Ferrarinin ilk tam elektrikli modeli rekord qiymətə satıldı

19 Avqust, 26 / 10:57

İsrail müdafiə naziri: "Qəzzaya hücumları davam etdirəcəyik"

19 Avqust, 26 / 10:42

Fransada seçki bombası: Üç məşhur siyasətçiyə qarşı Rusiya əməliyyatı

19 Avqust, 26 / 10:28

Yutubda baxış qaydası dəyişir

19 Avqust, 26 / 10:14

Azərbaycanda yayılan ölümcül təhlükənin səbəbi açıqlandı – Vacib xəbərdarlıq

19 Avqust, 26 / 10:00
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.