Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

Azərbaycanda yeni institutun yaradılması təklif olundu

Cəmiyyət

Azərbaycanda Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun yaradılması təklif edilib.

Cagdas.az  xəbər verir ki, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar: Xəzər dənizi nümunəsində” adlı panel sessiyada çıxış edib.

O təklif edib ki, dünyada hidrometeoroloji proseslərin kəskinləşdiyi, iqlim dəyişikliyinin artdığı və su ehtiyatlarının azaldığı bir dövrdə Azərbaycanda, Xəzər dənizində hidrometeoroloji proseslərin elmi tədqiqi xüsusi əhəmiyyət daşıyır:

“Bu məqsədlə Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutu kimi yeni bir institutun yaradılmasına ehtiyac var. Xəzəryanı dövlətlərdən bir neçəsində artıq bu yaradılıb və tədqiqatlarla məşğul olurlar. Məncə, bu faydalı ola bilər”.

Komitə sədri əlavə edib ki, Xəzər dənizinin su səviyyəsinin aşağı düşməsi aktual məsələlərdəndir:

“Bu problemə bu günün məsələsi kimi baxmaq olmaz. Xəzər gələcək üçün də böyük əhəmiyyət kəsb edir. Xəzərdə duzluluğun, su səviyyəsinin, temperaturun, biomüxtəlifliyin daimi monitorinqi zəruridir və hər monitorinqin sonunda bunun elmi əsasları işlənməlidir”.

S.Qurbanov vurğulayıb ki, Xəzərdə suyun səviyyəsinin azalması Azərbaycanda sahildə yeni torpaq sahələrinin yaranmasına səbəb ola bilər:

“Əgər su səviyyəsinin azalması davam edərək dəniz səviyyəsindən – 30 metrə çatarsa, Azərbaycan akvatoriyasında dənizin sahildən uzaqlaşması Nabran–Şabran zonasında 4–5 kilometr, Sanqaçal–Ələt zonasında 10–12 kilometr, Lənkəran–Astara zonasında isə 2–3 kilometr təşkil edə bilər”.

Deputat, həmçinin qeyd edib ki, Azərbaycanda 2007-2025-ci illərdə orta istilik normaya nisbətən 1,3 dəfə artıb. Yalnız 2025-ci ildə artım 1,8 dərəcə təşkil edib. Son altı ildə ən yüksək temperatur 2021-ci ildə 44,2 dərəcə, 2025-ci ildə isə 42,9 dərəcə olub. (“Report” )